"Neftçi"də sonun başlanğıcı!

23.07.2014 | 16375 dəfə oxunub

"Neftçi"nin "Koper"lə oyunda 2:1 hesablı  məğlubiyyəti məni elə də təəccübləndirmədi. Yaxşı klub uduzar da, udar da dedim. Amma bu oyundan sonra mətbuatda, sosial şəbəkələrdə “Neftçi"nin tənqid və təhqir atəşinə tutulmasını anlaya bilmədim. Sanki şikarını pusuda gözləyən ovçu kimi, bəzi qara qüvvələr "Neftçi"nin məğlubiyyətini gözləyirmiş. Bu azmış kimi oyun sonrası mətbuat konfransından bir həmkarımın "Koper" "Neftçi"ni çilədi" deməsi aranı dahada qarışdırdı. Əziz həmkarım,  "Neftçi"ni müdafiə etmirəm, amma çiləmək Almanyanın Brazilyanı (7:1) məğlub etməyi kimi olur və sonra düşündüm, yəqin, siz oyunu izləməmisiz. Oyunu izləyən hərkəs 2 ci hissədə "Neftçi"nin "Koper"in başına nə oyun gətirdiyini görürdü. Xülasə, mövzudan kənara çıxmaq istəmirəm, "Neftçi"yə qarşı artan təziqlər, mənfi  fikirlərə çox üzüldüm. Sanki o azadkeşlər deyildi 3 il bundan qabaq "Neftçi"nin Avropa Liqasına yüksəlməsinə sevinirdilər. "Neftçi"nin hər oyunundan sonra küçələrə axışıb qələbələrə sevinirdilər. "Koper"lə oyunu 6000 dən çox azarkeş tribunadan izlədi, amma oyundan sonra yazılar, paylaşılan fikirlə bu dəstəyin içinə etdilər...

Bizi Avropada təmsil edən "Neftç"i "xalaq düşməni" , "İnter" və "Qarabağ" isə "xalq qəhrəmanı"dı. Deyirəm, görəsən, bu klublarımız uduzanda ağız dolusu yazanlar, danışanlar nə edəcəklər? Görəsən, öz sözlərini yeyəcəklər? Ya da "Neftç"i "Koper" səddini adlasa, vicdanları sızlayacaq? Bu qədər tənqidlər nəyə lazımdı? Heç bəlkə bu sualların cavablarını özləridə bilmirlər. Bir şeyi yaxşı bilirəm, "Neftçi" üçün hələdə ümüdlər ölməyib.

"Neftç"i olub bizə Avropa Liqasının qrup mərhələsinin sevincini yaşadan!

"Neftçi" idi Avropanın güclü klublarından biri "İnterl"lə səfərdə 2:2 oynayan!

"Neftçi"di həsrət gözüylə baxdığımız “Birlik Kuboku”nda bizi dəfələrlə sevindirən!


Bunları heçkim unutmayıb, amma bu uğurlar çoxlarının xoşuna gəlmir və yuxularına haram qatır. Unudursuz ki, "Neftçi"də "Qarabağ" və "İnter" kimi bizimdi, Azərbaycanımızındı. Amma unutqanlıq həmişə bizim yaralı yerimiz olub. Bunada daha təccüblənmirəm. İndi ağız dolusu "Qarabağ" deyənlər qarabağın başında duran Qurban Qurbanovun da "Neftçi"nin şərəfini qoruduğunu, onu elə bu klubun formalaşdırdığınıda unudublar yəqinki. Bəs "Koper"lə oyunda "Qarabağ" fanklubları harda idi? Niyə "Neftçi"ni dəstəkləmədilər? Axı "Neftçi fanklubları həmişə "Qarabağ"ı dəstəkləyiblər. Azarkeşlərin və jurnalistlərin çoxu "Neftçi"nin "Koper"lə oyununun bu il Avropada son oyun olacağını düşünür, amma bu "Neftçi"də sonun başlanğıcıdı. Bəlkə baş məşqçi, vitse-prezident üçün bu oyun son ola bilər, amma bu "Neftçi"nin sonu demək deil. Slovenyada ən azından cəsarətli oyun və Bakıda oynanılan oyunun 2 ci hissəsindəki oyun kimi oynasaq,  səfərdə növbəti mərhələyə vəsiqə qazanarıq. İnanıram ki, "Neftçi" məni və ürəkləri həqiqətəndə "Neftçi" ilə döyünənləri məyus etməz. Bu, "Neftçi"də sonun başlanğıcı olar!

Emin AĞAYEV



  #1   Adınız: ilham;   E-mail: [email protected]

23.07.2014 18:58

Deyirem birden qarabag 2 oyunun neticesine gore uduzsa jurnalist hemkarinizin "zalsburg Qarabagi ciledi" demeye kisiliyi ve huneri catar ya catmaz? yoxsa ancaq Neftciye mi demeye huneri catir? bu aciq aydin qerez deyilmi?

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail