"Çixura"nın baş məşqçisi: "Neftçi"nin yaxşı futbolçuları var" - MÜSAHİBƏ

29.07.2014 | 3798 dəfə oxunub

“Neftçi”nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi olan "Çixura"nın baş məşqçisi Samson Pruidze Bakıya gəlməmişdən qabaq Gürcüstan mətbuatına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir: 

- Azərbaycana nə vaxt yola düşürsünüz?

- Sabah səhər saatlarında Azərbaycana gedəcəyik. Otelin yaxınlığındakı stadionda məşq edəcəyik.

- Zədəsi ilə bağlı sizi narahat edən futbolçular varmı?

- Qiqa Beçvaya böyük ehtimal oynaya bilməyəcək. Həmçinin, David Odikadzenin də kiçik zədəsi var.

- "Neftçi"nin "Koper"lə oyunlarını (1:2, 2:0) izlədikdən sonra hansı nəticəyə gəldiniz?

- "Neftçi" yaxşı komandadır. Biz bunu onlarla keçirdiyimiz yoxlama görüşlərində anladıq. Ancaq bakılıların bütün gücünü nümayiş etdirmədiklərinə əminəm.

- Yəqin ki, "Neftçi" ilə oyun, "Bursaspor" matçından fərqli olacaq...

- Əlbəttə. "Koper"lə ilk oyunda "Neftçi"nin bəxti gətirmədi. Rəqib 2-3 qol epizodu yaratdı və iki qol vurdu. Ancaq Sloveniyada "Neftçi" yüksək səviyyədə çıxış etdi. Bəli, rəqib 10 nəfərlə qaldı. Ancaq buna qədər Azərbaycan klubu hesabı açmışdı. Bizim əsas məqsədimiz ilk oyunda üstünlük qazanmaqdır.

- Mərhələ keçmək şanslarını necə dəyərləndirirsiniz?

- "Neftçi" "Bursaspor" deyil. Onların yaxşı futbolçuları var. Komandaların büdcəsi isə müqayisə olunmazdır. Lakin "Bursaspor"u keçməklə sübut etdik ki, istənilən rəqibi məğlub edə bilərik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail