Dünən həbsxanada, bu gün Bundesliqada

30.07.2014 | 2967 dəfə oxunub

Bundesliqa komandalarından olan "Paderborn"un türk əsilli futbolçusu Süleyman Koç "Atletik"lə yoldaşlıq oyununda vurduğu qolla diqqət mərkəzinə düşüb. Stadium.az xəbər verir ki, alman mətbuatında oyunun 64 cü dəqiqəsində təxminən 20 metrədən vurduğu qoldan sonra "o düzgün yoldadı" açıqlamasını veriblər. Belə ki, Ahmet Koç 2011 ci ildə bir quldurluq hadisəsində iştirak etmiş və 3 il yarım azadlıqdan məhrum olunmuşdu, 2012 ci ildə isə o əhv olunaraq azadlığa buraxılmış, o gündən bəri "Paderborn"un şərəfini qorumaqdadı. "Paderborn"un baş məşqçisi Andre Breitenreiterin də Süleyman Koçun çox sürətli və gözəl driblinqə malik olduğunu söyləyib. Eləcə də, kluba çox lazımlı oyunçu olduğunu qeyd edib. Koç isə öz haqqında bunları söyləyib: "Bir neçə il bundan qabaq harda idim ,indi harda?! Bu mənim üçün çox yaxşı bir vəziyyətdi. Mənim üçün əsas olan yalnız gələcəyə baxmaqdı. Asistlərimlə komandama faydalı olmaq istəyirəm. "Atletik" ilə oyunda olduğu kimi, hər oyunda çoxlu qollar vurmaq istəyirəm".


Yeni mövsümə hazırlıqları davam etdirən "Paderborn" "Atletik"lə keçirdiyi oyunda 2:1 hesabıyla məğlub olub.  "Paderborn"un yeganə qoluna Süleyman Koç imza atıb. "Paderborn" keçən mövsümdə ikinci liqada 62 xal toplayaraq "Köln"ün ardından Bundesliqaya vəsiqə qazanıb.

Emin AĞAYEV



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail