Əmrah Çəlikəl: “Günah elə Yaşar Seyidovdadır” - QALMAQAL BÖYÜYÜR

“Əminəm ki, Hafiz müəllimə düzgün məlumat çatdırmayıblar”

14.08.2014 | 5799 dəfə oxunub

“Bakı” klubunun iki futbolçusu – Şəhriyar Əliyevlə Namiq Ələsgərovun “Qarabağ”a keçməsi paytaxt təmsilçisinin narazılığına səbəb olub. İş ondadır ki, “Bakı” hər iki futbolçunun öz yetirməsi olduğun bildirərək bu keçidin qanunsuz olduğun bildirir. “Bakı”nın prezidenti Hafiz Məmmədov isə ötən gün saytımıza özəl açıqlamasında bildirdi ki, ya hər iki futbolçu üçün istədikləri konpensasiya ödənməlidir, ya da oyunçular geri qayıtmalıdır. Bununla bağlı bağlı qarşı tərəfin – “Qarabağ”ın da fikrini öyəndik. Stadium.Az-a açıqlama verən “Qarabağ” klubunun idman direktoru Əmrah Çəlikəl bu məsələdə Hafiz müəllimlə səhv məlumat verildiyini və qəbahət bir iş görmədiklərini bildirdi:

“Mən əminəm ki, Hafiz müəllimə düzgün məlumat çatdırmayıblar. Həm “Bakı”nın prezidenti Hafiz Məmmədov, həm də vitse-prezidenti Zeynal Məmmədov bizim sevdiyimiz, dəyər verdiyimiz insanlardır. Onlara hörmətimiz sonsuzdur. İş ondadır ki, bu iki futbolçu bizə azad agent statusuyla gəliblər. Onların transfer kağızına yazılmayıb ki, ancaq “Qarabağ”la müqavilə bağlaya bilərlər. Biz olmayacaqdıq, başqa komanda olacaqdı. Amma konpensasiya məsələsində bizim üzərimizə rəsmi olaraq nə düşsə, etməyə hazırıq. Biz bu keçiddən qabaq da Yaşar Seyidovu məlumatlandırmışdıq. Günah elə Yaşar Seyidovdadır. Yaşar müəllim işi o yerə çatdırmamalıydı ki, o futbolçular da azad agent statusu alsınlar. İstər Şəhriyar Əliyev, istərsə də Namiq Ələsgərov gəliblər qapımıza ki, azadıq. Bizdə onları komandaya götürmüşük. Daha gedib “Bakı”dan onları xəlvət oğurlamamışıq ki?!

İşin digər tərəfinə gəldikdə isə, Şəhriyar Əliyev “Bakı”nın yox, “Qarabağ” futbol klubunun yetirməsidir. Şəhriyar 17 yaşına kimi “Qarabağ”da oynayıb. Burda əsas komandaya düşə bilmədiyi üçün “Bakı”nın əvəzedici heyətinə gedib. Biz o zaman heç “Bakı”dan pul istəməmişdik. İndi isə Əliyev öz doğma klubuna qayıdıb.

Bir aha xatırladıram, hər iki futbolçu bizim komandaya AFFA-dan aldıqları azad agent statusuyla gəliblər və onlarla müqavilə imzalanıb. Bununla yanaşı, biz heç kimin haqqın tapdalamırıq və üzərimizə nə düşərsə, qanuni yolla bunu da etməyə hazırıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail