Mahir "Neftçi"dən gedəndən sonra ilk dəfə danışdı: "Bir-birimizi başa düşməliyik"

18.08.2014 | 4964 dəfə oxunub

Yoldaşlıq oyunu çərçivəsində keçiriləcək Azərbaycan - Özbəkistan qarşılaşmasından əvvəl seçmə komandamızın açıq məşqi keçirilib. Stadum.az xəbər verir ki, Türkiyənin “Karşıyaka” klubunda çıxış edən millimizin müdafiəçisi Mahir Şükürov açıq məşqdən qabaq jurnalistlərin sualların cavablandırıb: 

- Avqustun 20-də Özbəkistanla yoldaşlıq oyunumuz var. Əsas futbolçuların bəziləri düşərgəyə çağırılmayıblar. Buna baxmayaraq, əhvalımız yerindədi. Öz meydanımızda oynadığımızdan, qələbə qazanmağa çalışacağıq. Türkiyədə klubumla toplanışımı yarımçıq qoyub bura gəlmişəm. Nə gücüm varsa, meydanda ortaya qoyacağam.

- Türkiyəyə getməzdən öncəki Mahirlə indiki arasında fərq varmı?

- Əlbəttə, var. Türkiyəyə gedəndən sonra bir az da məsuliyyətim artıb. Öz üzərimdə çox işləyirəm. İnşallah, qarşıdakı oyunlarda bunun nəticəsini görəcəksiniz.

- Yeni klubunuzda əsas heyətə düşməklə bağlı probleminiz olmayacaq?

- Xeyr. Türkiyəyə ehtiyatda oturmağa getməmişəm. Baş məşqçinin əsas heyətdə güvəndiyi futbolçulardan biriyəm. Ona görə də çalışıram ki, bütün oyunlarda özümü göstərim.

- Yığmadan dəvət almağınızı klubda necə qarşıladılar?

- Hər bir komandadan yığmaya futbolçu çağırılması həqiqətən klub üçün də xoşdu. Problem yaratmadılar, əksinə sevindilər və yığmaya qoşulmağıma imkan yaratdılar. Baxmayaraq ki, dünən bizim U-19 komandası ilə yoxlama oyunumuz vardı. Bizə adaptasiya olunmaq lazımdı. Çünki 11 yeni futbolçu komandaya gəlib və bir-birimizi başa düşməliyik. Buna baxmayaraq, sağ olsunlar ki, mənim milliyə qoşulmağıma icazə verdilər.

- Bolqarıstanla seçmə oyun öncəsi Moskvaya səfər var. Bu haqda nə deyə bilərsiniz?

- Sentyabrın 3-də Rusiya ilə yoldaşlıq oyunu keçirəcəyimizdən xəbərim var. Orda da avqustun 31-də çempionat başlayır. Bizdə avqustun 31-dən sonra fasilə olacaq. Ona görə də Rusiyaya qarşı oynamağımızda problem olmamalıdı.

- Ümumiyyətlə, Bolqarıstanla rəsmi görüş öncəsi Rusiyaya qarşı yoldaşlıq matçı keçirməyimizi necə qiymətləndirirsiniz?

- Rusiyaya qarşı oyun həmişə bizim üçün maraqlı olub. Məncə, onlar həmişə bizdən qisas almağa çalışıblar. Düzdür, səfərdə oynadığımızdan, ağır görüş olacaq. Rusiya Bolqarıstan kimi rəqibdi. Ona görə də Rusiya ilə qarşılaşmağımız düzgün addımdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail