Oğuz Çətin: "Müdafiədə səhvlərimiz hələ də qalmaqdadır"

26.10.2014 | 3587 dəfə oxunub

“Çox məyusuq. Qələbə qazansaydıq turnir cədvəlində mövqeyimizi daha da yaxşılaşdıracaqdıq. Biz də bunun üçün meydana çıxmışdıq”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Oğuz Çətin “Qarabağ”a uduzduqları (2:3) oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.

Türkiyəli mütəxəssis komandasının öz səhvlərindən uduzduğunu bildirib: “Bu çox önəmli matç idi. Penalti və müdafiədəki səhvlər öz sözünü dedi. Amma biz ikinci hissədə toparlandıq. İkinci qoldan sonra ümüdləndik. Lakin nə qədər çalışsaq da, üçüncü qol vura bilmədik. Səhvlərimiz xal itkilərinə səbəb oldu. Bunu aradan qaldırmalıyıq. Bizim iki problemimiz vardı. Qol vurmaq və müdafiədə inamlı oynamaq. Topu özümüzdə çox saxlayırıq, oyuna nəzarət edirik, amma heç nədən qollar buraxırıq. Qol vəziyyətlərindən də yararlana bilmirik. Amma indi baxıram ki, qol vurmaq problemini yavaş-yavaş həll edirik. Müdafiədə isə səhvlərimiz hələ də qalmaqdadır.  Bunu aradan qaldıra bilsək, komandamız daha yaşı çıxış edəcək.

Düzünü deyim ki, ard-arda 3 qol buraxmağımızı ağlıma gətirməmişdim. Hesab bizim bütün planlarımızı pozdu. Rəşad Sadiqovu ona görə meydan buraxmamışdım ki, daha əvvəl zədələnmişdi. Hələ tam sağalmamışdı”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail