Kaxaber Sxadadze əvvəl "Xəzər Lənkəran"ı təhqir etdi, sonra yumruq atdı!
Ötən gün baş tutan Premyer Liqanın 12-ci
turunun “İnter” – “Xəzər Lənkəran” oyunu təkcə hakim yox, həm də klub rəsmilərinin
qalmaqalıyla yadda qaldı. Stadium.az xəbər verir ki, “İnter”in baş məşqçisi
Kaxaber Sxadadze komandaının üçüncü qol zamanı “Xəzər Lənkəran”ın ehtiyat
skamyasına tərəf qeyri-etik jest etdi. Gürcü məşqçi sözün hər mənasında bu hərəkətiylə
lənkəranlıları təhqir etdi.
Aldığımız məlumata görə, onun ürəyi bununla da
soyumayıb. Belə ki, komandalar paltardəyişmə otağına yollanan zaman Kaxa “Xəzər
Lənkəran”lıları bu dəfə dildə təhqir etməyə başlayıb. Onun təhqiramiz ifadələrinə
qarşılıq verən Yunis Hüseynovla Kaxa arasında bu zaman insident baş verib. “Xəzər
Lənkəran”ın idman direktoruna yumruq atan Sxadadze yenə söyüşlərindən qalmayıb.
İki tərəfi komandaların digər üzvləri bir-birlərindən ayırıb.
Yunis Hüseynov hələ “Xəzər Lənkəran”da baş məşqçi
işlədiyi zaman Kaxaber Sxadadze onu təhqir etmişdi. Ancaq gürcü sonradan üzr
istəmiş və tərəflər barışmışdı.
Bu hal Kaxaberin ilk hərəkəti deyil. Yəqin ki,
sonuncu da olmayacaq. Sxadadze dəfələrlə yerli klub rəsmilərini, jurnalistləri
təhqir edib. Ancaq heç bir aidiyyatı qrum buna görə ona qarşı tədbir görməyib.
Etdiklərinin cəzasız qaldığını görən harınlamış gürcü isə, hər dəfə çörəyin
yediyi xalqın insanlarını təhqir etməkdən çəkinmir.
Kaxaberin bu hərəkətlərinə qarşı ya çempionatı
təşkil edən PFL və AFFA birdəfəlik ölçü götürməli, ya da “İnter” rəhbərliyi dəlisin
tutub ayağına bağlamalıdır.
Bu qədər olmaz daha. Bir ağzısulu gürcü bu
xalqın insanların az təhqir etməlidir!
Stadium.Az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |