"Neftçi" ilə oyunlarda yubileylər

22.11.2014 | 3289 dəfə oxunub

“Neftçi” ilə oyunlara təsadüf edən yubileylər haqqında məlumatlar:

18-ci Azərbaycan kubokunun ¼ final mərhələsinin 03.03.2011 tarixində “Neftçi” ilə keçirilən səfər oyununda “Xəzər Lənkəran” tarixinin 250-ci matçına çıxmışdı. (“Neftçi” – “Xəzər Lənkəran” 3:4)

Növbəti mövsümdə “Fırtınalar meydanı”nda 22.04.2012 tarixində baş tutan (“Xəzər Lənkəran” – “Neftçi” 1:0) qarşılaşma “Xəzər Lənkəran” komandasının “Fırtınalar meydanı”nda keçiridiyi 100-cü yubiley qarşılaşması olmuşdu.

(2004-cü ildə yaranan “Xəzər Lənkəran” ev oyunlarını 7-müxtəlif stadionda keçirmiş və “Fırtınalar meydanı”nda debütünü 2005-ci ilin martın 15-də etmişdir. Stadion 2005-ci ildə hələ tam hazır deyildi və rəsmi açılış 2006-cı ildə olmuşdu)

2012/13 mövsümünün  15.09.2012 tarixində səfərdə keçirilən və “Xəzər Lənkəran”ın məğlubiyyəti ilə sonuclanan qarşılaşmada yubiley qol qeydə alınmışdı. Belə ki, komandamız həmin matçda “ağ-qara”ların qapısına vurduğu və qələbə qazanmağa yetməyən həmin  bir topla tarixinin 500-cü qoluna imza atmışdı (“Neftçi” – “Xəzər Lənkəran” 2:1).

“Neftçi” ilə daha bir yubiley oyunu 2012-ci ilin dekabrın 14-də “Fırtınalar meydanı”nda keçirilib. Komandamız həmin tarixdə ölkə çempionatlarındakı 250-ci oyununa çıxmışdı (“Xəzər Lənkəran” – “Neftçi” 2:1).

Bu ilin fevral ayının 9-da (2013/14 mövsümü) “Fırtınalar meydanı”nda “Neftçi” ilə keçirilən (2:2 hesabı ilə nəticələnən) qarşılaşma “Xəzər Lənkəran”ın ölkə çempionatlarında 285-ci matçı olub.


12cioyuncu.info



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail