"Bakı birinci Avropa Oyunlarını qəbul etməyə hazırdır"

16.12.2014 | 3224 dəfə oxunub

"Bakı zəngin tarixə və çoxlu sayda görməli yerlərə malik çox gözəl şəhərdir". Stadium.Az "trend"ə istinadən xəbər verir ki, bu barədə “yahoo.news.canada” saytında dərc edilmiş məqalədə deyilir.

Məqalədə bildirilir: "Şəhər neft investisiyalarının artımı və çoxsaylı beynəlxalq layihələrdən gələn gəlirlər sayəsində özünün sürətli inkişaf dövrünü yaşayır. İdman tarixdə ilk Avropa Oyunlarını qəbul etməyə hazır olan şəhərin prioritetlərindən biridir. Oyunların gələn il iyunun 12-28-də keçirilməsi planlaşdırılır".

Britaniya Olimpiya Assosiasiyasının sabiq icraçı direktoru, hazırda Azərbaycan paytaxtında Avropa Oyunlarına hazırlığa görə məsul şəxs bəyan edib ki, tədbirə hazırlığa görə narahat olmağa heç bir əsas yoxdur. Çünki yarışların keçiriləcəyi 18 obyektin əksəriyyəti hazırdır.

"Euronews” kanalının reportyoru Denis Kulikin süjetində qeyd edilir ki, “açılış və bağlanış mərasimlərinin keçiriləcəyi Olimpiya stadionu Avropa Oyunlarının simvoludur. Oyunlardan sonra o, Azərbaycanın futbol yığması üçün ev arenası olacaq və "Avro 2020"-nin 4 oyununu qəbul edəcək”.

Məqalədə deyilir ki, stadion 68 000 tamaşaçı üçün nəzərdə tutulub, layihənin dəyəri 500 milyon avrodan çoxdur.

Layihənin baş mühəndisi Cavid Nəcəfov bildirib ki, tikinti 2015-ci ilin fevralınadək tamamlanmalıdır: “Azərbaycanda bu iri tikinti çox qısa vaxt ərzində həyata keçirilib. Ətrafda gördüklərinizin hamısı cəmi iki il ərzində tikilib".

Məqalədə qeyd edildiyi kimi, görünür, hətta Bakıdakı tıxaclar Oyunların gedişinə mane ola bilməyəcək. Axı Londondakı Olimpiya Oyunlarında olduğu kimi, Bakıda da yalnız Oyunların iştirakçıları və rəsmi şəxslərinin hərəkəti üçün xüsusi zolaqlar salınıb.

2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək "Bakı-2015" Avropa qitəsi üçün tarixdə birinci Avropa Oyunlarıdır (bir çox idman növündən ibarət olan cəzbedici və texniki cəhətdən mükəmməl olaraq hazırlanmış idman hadisəsi).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail