Roman Qriqorçuk: "Hədəfə çatmaq üçün dəyişikliklər edəcəm" - MÜSAHİBƏ

21.12.2014 | 3829 dəfə oxunub

Premyer Liqanın XVIII turunun "İnter"lə oyunundan sonra "Qəbələ"nin yeni baş məşqçisi Roman Qriqorçuk ictimaiyyətə təqdim olunub. Stadium.Az xəbər verir ki, təyinatı ilə bağlı danışan ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Klub rəhbərliyi ilə görüşdüm və gördüm ki, komanda üçün hər cür şərait yaradılıb. Düşündüm ki,mən burda olmalı insanam. Buna görə dəişləməyə razılıq verdim.

- Yayda niyə danışıqlarınız alınmadı?

- O vaxt bəzi səbəblər var idi. İmkan olmadı. İndi isə bura gəlməyimə maneə yox idi.

- Vəziyyət pisdi, bu heyətlə uğur qazana biləcəksiz?
- Hazırda "Qəbələ" layiq olduğu yerdə deyil. Hədəf isə olduğu kimi qalır. Təbii ki, vəziyyət yaxşı deyil. Ancaq vəziyyəti elə yönəltmək lazımdı ki, görmək istədiyimiz işlərə çata bilək. 

- Komandanı görmüsüz. Hansı dəyişikliklər edəcəksiz?

- "Qəbələ"nin çox oyunlarına baxmışam. Son 3 oyunu da canlı izləmişəm. Hədəfə çatmaq üçün dəyişikliklər edəcəm.

- Ukrayna mətbuatı yazıb ki, böyük məbləğ qazanacaqsız. Düzdümü?

- Hörmətsizlik kimi çıxmasın, amma müqaviləyə görə danışa bilmərəm. Klub istəyirsə, məbləği açıqlaya bilər.

- Ukrayna mətbuatı yazıb ki, "Çernomorets"in qapıçısı və futbolçusunu gətirəcəksiz...
- Klub rəhbərliyi ilə müzakirədən sonra qərara aldıq ki, komandanı gücləndirək. Konkret olaraq, Kaplovun bura gəlməsini istəyərəm. Eyni zamanda, başqa futbolçular da olacaq.

- Niyə məhz ilyarımlıq müqavilə?
- Gəlin,bunu ardıcıllıqla izah edək. Mənim orda müqaviləm ikitərəfli pozuldu. Sonra qarşıma çıxan təkliflərə baxdım. "Qəbələ"nin təklifi cəlbedici oldu və qəbul etdim. "Qəbələ" rəhbərliyi ilə gözəl danışıb, şifahi razılıq əldə etdik. Bizim aramızda müqavilə olmasa da,olar.lduq. Bizim aramizd muqavile olmasada olar.

- Sizin ehtiyatınızda da "mənə vaxt verin" sözü var?
- Əlbəttə, güclü iş görmək üçün vaxt lazımdı. Amma bu, bəhanə ola bilməz. Biz var-gücümüzlə işləyəcəyik.

- Sizin komandaya lider futbolçu lazımdı?

- Məndə siyahı var. Amma heç bir futbolçuya zəng vurmamışam. 7 gündü burdayam. Köməkçilərimə 2 gün əvvəl zəng vurub demişəm. Lider futbolçu istəmirəm. İstəyirəm, bütün futbolçular lider olsun.

- Bura gəlməmişdən öncə Yuri Syominlə danışmısızmı?
- Yox, mən Yuri Pavloviçlə bu barədə heç nə danışmamışam. Amma yayda onunla söhbətim olmuşdu. Onda da ancaq yaxşı sözlər söylədi. Klubla danışanda gördüm ki, Syomin düz deyirmiş.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail