"Baku Fires" uduzdu

26.01.2015 | 4022 dəfə oxunub

Ümumdünya Boks Seriyasının (WSB) II turun matçında Azərbaycanın “Baku Fires” klubu səfərdə Venesuelanın “Caciques Venezuela” komandası ilə qarşılaşıb. Stadium.Az xəbər verir ki, Karakasda keçirilən görüşdə təmsilçimiz 2:3 hesabı ilə məğlub olub.

“Baku Fires”in heyətində superağır çəki dərəcəsində Arslanbek Mahmudov bu dəfə də inamlı qələbə qazanıb. Onun zərbələri qarşısında aciz qalan Venesuela boksçusu 4-cü raunddan sonra döyüşü davam etdirməkdən imtina edib.

 

Döyüşlərin nəticələri:

Caciques Venezuela - Baku Fires – 3:2

52 kq. Bermudez Salas – Elvin Məmişzadə – 3:0 (49:46, 48:47, 49:46)

60 kq. Nestor Armas – Albert Səlimov - 0:3 (44: 50, 45:50, 45:50)

69 kq. Maestre Perez – Yevgeni Romaşkeviç – 3:0 (49:46, 49:46, 49:46)

81 kq. Ramirez Duran – Soltan Migitinov – 2:1 (48:47, 48:47, 46:49)

+91 kq. Munoz Mata – Arslanbek Mahmudov – TKO R-4

 

B qrupunda digər nəticələrə gəlincə, “Argentina Condors” doğma divarlar arasında “Puerto Riko Hurricanes” klubuna 2:3 hesabı ilə uduzub. “USA Knockouts” yerli publika qarşısında “İtalia Thunder” üzərində qələbə qazanıb – 3:2. “Astana Arlans” isə səfərdə “Rafako Hussars Poland” klubunu 3:2 hesabı ilə məğlub edib.

 

Turnir cədvəli:

1. Astana Arlans – 6 xal, döyüşlərin fərqi - 8-2 (2 matç)

2. USA Knockouts – 6, 7-3 (2)

3. Puerto Riko Hurricanes – 6, 6-4 (2)

4. Baku Fires – 4, 6-4 (2)

5. Caciques Venezuela – 3, 3-7 (2)

6. Rafako Hussars Poland – 2, 4-6 (2)

7. İtalia Thunder – 1, 3-7 ( 2)

 

Qeyd edək ki, “Baku Fires” növbəti görüşünü yanvarın 31-də Quba Olimpiya Kompleksində “Astana Arlans” klubuna qarşı keçirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail