Rəşad Sadıqov çempionatın favoriti "Qarabağ"ı yox, bu komandanı görür - MÜSAHİBƏ

26.01.2015 | 22701 dəfə oxunub

“Qarabağ”ın və Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun müsahibəsin təqdim edirik:

- Əvvəlcə hazırlığın gedişi barədə məlumat verərdin...

- Şükür Allaha, hazırlıqlarımız pis getmir. İstirahətdən sonra yavaş-yavaş formamızı bərpa etməyə çalışırıq. Artıq 10 gündən çoxdur ki, burdayıq. Qarşıda isə bir həftə vaxtımız var. Bu müddətdə 2-3 yoxlama oyunu keçirəcəyik. Saq-salamat, inşAllah zədəsiz bu mərhələni də başa vurub çempionata başlayarıq.

- Digər klublarla müqayisədə “Qarabağ” Antalyada bir həftə artıq qalıb daha çox hazırlıq keçəcək. Çünki ilk turda istirahət edəcəksiz. Bu məqam sizin xeyrinizədir, yoxsa əksinə?

- Təbii ki, hamıyla eyni vatda başlamaq daha yaxşı olardı. Bunu isə ikinci turdan sonra biləcəyik. Hamıyla eyni vaxtda ritmə düşəm yaxşı cəhətdi.  Amma burada qalıb bir həftə əlavə hazırlaşmaq da bizim üçün üstünlükdür. Burada oyunlar oynayacağıq. Amma tez gedib Azərbaycandakı mühitə uyğunlaşmaqda daha yaxşıdır. Çünki burada hava başqa, orada başqadır. Meydançalar tam fərqli səviyyədədir, rəqiblərdə başqa cürdür.

- “Qarabağ” burada keçirdiyi ardıcıl üç yoxlama oyununda qələbə qazan bilməyib...

- Hazırlığın ilk mərhələsində əsas diqqətimizi fiziki güc toplamağa yönəltmişik. Son oyunda 60, “Split”lə görüşdə isə 45 dəqiqə mübarizə apardıq. Son qarşılaşmada da tam oynmadıq. Bununla məşqçilər komandanı yavaş-yavaş 90 dəqiqəlik mübarizəyə hazırlayırlar. Komanda indi tam hazır deyil, buna baxmayaraq, bir şeyi də nəzərə almaq lazımdır. Bu toplanışda bütün rəqiblərin hamısı ciddi komandalardır. Oyunlar çətin keçəcək. Bizdə çalışırıq oyunla bərabər nəticə də qazanaq ki, uşaqlar qələbə qazanmağa da alışsınlar.

- Dediz ki, əsas fikir indi fiziki gücədir. Arxada qalan müddətdə bu yöndəki çalışmalar yaxşı gedib?

- Tam ideal səvviyyədə deyilik. Çünki proqrama əsasən toplanışın sonunda ideal vəziyyətə çatacağıq. 15 gündür məşq edirik, ideal səviyyəyə çata bilmərik. İlk iki ağır dövrəni keçirdikdən sonra 20 gün istirahət etmişik. Zədəlilər yavaş-yavaş özünə gəlir. Hamı optimal səviyyədə deyil və ola da bilməz. Amma vaxtımız var, bundan da səmərəli istifadə edib, istəyimizə çatacağıq.

- Neçə ildi “Qarabağ”dasan və hər il qışda Antalyaya gəlirsən. Bu toplanışın əvvəlkilərdən fərqi var?

- Adətən eyni proqramla işləyirik. Proqramımızda elə bir dəyişiklik də yoxdur. Artıq komanda üzvləridə də buna öyrəşiblər. Fərq ondadır ki, bu dəfə rəqiblər daha ciddi komandalardır. Nəticə olmasa belə, çox güc sərf etmmək lazımdır ki, rəqiblə meydanda başa-baş mübarizə apara bilək.

- Zədəlilərdən ancaq Cumbinyo qalıb, qalan hamısı məşqlər edir. Amma komanda onlarsızda yaxşı təsir bağışlayırdı...

- İlk növbədə heyətin çox olması bizim üçün həm rəqabət, həm də üstünlükdür. Zamanla da hər şey bilinəcək. Reynaldo hələ tam hazır deyil. Cumbinyoya hələ 3 ay vaxt lazımdı. Zədəlilərin olmaması bizim üçün yaxşıdır. Futbolçular istirahət edə bilirlər. İndi qarşıda həm çempionat, həm də kubok oyunları var və yenə 3-4 gündən bir matçlar olacaq. Hələ millinin toplanışlarınada qatılacağıq. Bunların fonunda komandada yorğunçuluq olacaq. Buna görə heyət nə qədər geniş olsa, o qədər yaxşı olar.

- “Qarabağ”ın kapitanı kimi Reynaldonun oyunundakı eniş barədə fikrin maraqlıdır...

- Məncə Reynaldonun oyununda eniş yoxdur, sadəcə yaranmış qol vəziyyətlərindən lazımınca istifadə edə bilmirdi. Amma onu da nəzərə almaq lazımdır ki, Avroliqa oyunlarında belə bütün rəqiblər ona qarşı çox ciddi oynayırdılar. Bütün komandalar onun təhlükəli oyunçu olduğun bilir və xüsusilə ona qarşı daha diqqətcil çıxış edirlər. Bunu da nəzərə almaq lazımdır. Reynaldonu tanımayanda onun üçün də oynamaq çox asan idi. “Zalsburq”la Bakıda rəqibin başına necə oyun açdı?! Ondan sonra bütün komandalar onu tanıdılar və meydanda rahat davranmasına imkan yaratmırdılar. Amma yenə də qol vəziyyətləri yaradır, rəqibi təzyiqdə saxlayırdı. Sadəcə olaraq qol vəziyyətlərindən istifadə edə bilmirdi. “Sumqayıt” və “Araz Naxçıvan”la oyunlarda iki qol vurdu, amma qolları sonradan hesaba alınmadı. Bu da ona psixoloji cəhətdən çox pis təsir etdi. Axı buna görə bombardirlər qrupundan uzaq düşdü. Məşqlərdə də çox canla-başla çalışır. Görünür ki, Reynaldo elə həmin Reynaldodur. Ona gələn təkliflərə də baxmayaraq, komandada qaldı, bizi atıb getmədi.

- Reynaldo bir müddət mətbuatda və azarkeşlər tərəfindən tənqid olundu. Çünki bir çox yerdə xəsislik edirdi, ötürmələr vermirdi. Kapitan kimi bu məqam sizi qıcıqlandırırdı?

- Bizim özümüzün xoşuna gəlir ki, Reynaldo oyunu öz üzərinə götürsün. Bütün güclü klubların belə futbolçuları var – Messi, Ronaldo. Reynaldo da bu tip futbolçudur. Məşqçilərdə ondan elə bunu tələb edirdi. Keçən ildə Reynaldonun oyunu öz üzərinə götürməsinin çox faydasın görmüşük. Başa düşürük ki, bu, Reynaldodur. Bizdə ondan bunu tələb edirik.

- Necə düşünürsən, komandadan ayrılan Emeqaranın yeri görünəcək?

- Emeqara həqiqətən yaxşı futbolçu idi. Təbii ki, onun kimi futbolçuya ehtiyac vardı. Amma bizim komandada yaxşı futbolçular var. Əlimizdən gələni edəcəyik ki, yeri görünməsin. Emeqaranın varlığı Reynaldonun yoxluğu olan zamana təsadüf etdi. İndi Reynaldo artıq sağalır. Reynaldo yaxşı qayıtsa, hamı qaydasında olandan sonra Emeqaraya da ehtiyac olmayacaq.

- Komandadakı gənc futbolçular barədə fikrin nədir?

- Həqiqətən komandanın gəncləri özlərini çox yaxşı tərəfdən göstərdilər və heyətin bir parçasına çevrildilər. Bu da bizi çox sevindirir. Artıq özlərinə inanıblar və görürlər ki, burda oynaya bilərlər.

- Şəhriyar Əliyevi baş məşqçi mərkəzdə oynatmağı düşünür. Səncə Şako yaxşı futbolçu ola biləcək?

-  Şəhriyar yaxşı futbolçudur. O, komandaya gələndə hazırlıqsız idi. Bildiyiniz kimi “Bakı”dan ayrılanda hazırlıq keçməmişdi, gəldi, bizdə məşqlərə başladı. İndi də görürük ki, Şəhriyar üzərində şox işləyir. Çox çalışqan futbolçudur. İkinci dövrədən komandada oynamağa başladı. Məncə “Qarabağ”da əsas heyətdə oynamağa qadir oyunçudur. Baş məşqçimiz də ona güvənir. Görüb götürən, sözə qulaq asan və öz üzərində daim işləyəndi. Futbolçu olmaq üçün bunlar əsas amillərdir. Heç kim birdən birə dahi olmur ki. O qədər istedadlı futbolçular olur, amma üzərilərində işləmədikləri üçün sonradan yoxa çıxırlar. İnşaAllah inanıram ki, Şəhriyar özün ən yaxşı tərəfdən göstərəcək və komandaya xeyirli futbolçu olacaq.

- Premyer Liqada artıq iki dövrə başa çatıb. Səncə “Qarabağ”la hansı komanda çempionluq mübarizəsi aparacaq?

- “Xəzər Lənkəran” strategiyasın dəyişdi, buna görə də liderlik üçün oynayacaqların düşünmürəm, amma məncə yenə də çətin rəqib olaraq qalacaqlar. “Qəbələ” liderlərdən uzaq qalsa da, məncə fasilədən sonra çox iddialı olacaqlar. Sona qədər mübarizə aparacaqlar. “Simurq” da yaxşı komandadır. Mən özümdə gözləyirəm ki, bu komanda üçlüyə düşə bilər. “Neftçi”yə gəlincə, bu komanda da nə qədər problem olsa, daim birinci yer üçün oynayırlar. Amma mən çempionatın favoriti kimi “İnter”i görürəm. “Qarabağ” da, “Neftçi” də əsasən “İnter”lə mübarizə aparmalı olacaq. Kaxaber Sxadadze də yayda komandadan gedəcək. Buna görə qapını bərk vurub getməlidir. Yaxşıda transferlər etdilər. Təbii ki, çempionluq bu üç komanda arasında gedəcək. “Neftçi” yaxşı yerli futbolçular aldı. Buna baxmayaraq, “İnter”i hər iki komandadan öndə görürəm.

- Milli komandanın gələcəyin necə görürsən?

- Yeni baş məşqçi gəldi və çox sıx qrafiklə çalışır. Bizim oyunlarımızı, hətta məşqlərimizi belə gəlib izləyirlər. Bu da futbolçularda həyacan yaradır, işlərinə məsuliyyətlə yanaşırlar. Səbirsizliklə Robert Prosineçkiylə ilk toplanışı gözləyirəm. Allaha da dua edirəm ki, bu uğursuzluqlardan canımızı qurtaraq. İlk oyun – Maltayla qarşılaşmadan başlayaraq qələbələr qazanmalıyıq.

- Berti Foqtsun vaxtında milliyə çoxlu sayda lazımsız legionerlər çağırılırdı. Prosineçki isə onlara dəvət yollamayacağın bildirib. Sənin kapitan olaraq bu məsələyə fikrin nədir?

- Futbolçu dəvəti mənə yox,  məşqçilərə aid olan işdir. Kimi dəvət edəcəklərsə onlarla da oynayacağıq. Amma millidə oynayanlarında zəhmətlərin yerə vurmaq olmaz. Kimi dəvət ediblərsə, bizə köməkləri dəyib. Legioner olsalar da, bizim bayrağımız altında çıxış ediblər. Qollar vurublar, meydanda mübarizə aparıblar. Biz başımızı aşağı salıb futbolumuzu oynayacağıq.

- Eddi İsrafilovun milliyə cəlb olunması barədə nə deyə bilərsən?

- Həqiqətən çox sevindim. Mən çox istəyirdim ki, Eddi millimizdə oynamağa razılıq versin. İsrafilov İspaniya La Liqasında çıxış edən bir futbolçudur. Bizim üçün çox yaxşı oldu. Ona ümidlər böyükdür. Milliyə yeni nəfəs qatacaq. Belə bir futbolçuya ehtiyacımız vardı. Onun kimi daha 3-4 futbolçumuzda olsa, millidə yaxşı nəticələr əldə edərik.

- Rusiya çempionatında çıxış edən bir neçə futbolçuda var ki, onlarda millimizdə oynaya bilər. Amma hamısı bildirir ki, Rusiyanı seçəcəklər. Məsələn “Zenit”dən Ramil Şeydayev, “Krılya Savetov”dan Emin Mahmudov, “Spartak”dan Ayaz Quliyev...

- Onları qınamaq istəmirəm, çünki onların yerində deyiləm ki, yerlərinə fikir bildirim. Ancaq onlar özləridə yaxşı başa düşürlər ki, Azərbaycanın onlara ehtiyacı var. Mən düşmən ölkəni örnək gətirmək istəmirəm, amma onların (Erməniləri nəzərdə turur) futbolçularına da başqa millilərdən təkliflər olur, amma öz komandaların üstün tuturlar. Bizim də Aleksandr Səmədov kimi futbolçuya ehtiyacımız vardı, amma o, Rusiyanı seçdi və bu söhbət bağlandı. İndi o biri futbolçulara məsləhətim budur ki, Azərbaycan millisin seçsinlər. Onların damarında azərbaycanlı qanı axır və bu ölkənin də həmin futbolçulara ehtiyacı var. O cür oyunçular Azərbaycan millisində oynasalar, inanın ki, çox böyük uğurlar qazanmaq olar. Təcrübələri böyükdür, faydaları çox dəyər.    

- Onlara üz-üzə gəlsən bu futbolçulara nə söyləyərsən?     

- Əvvəllər onlar üçün problemlər vardı. Bizim millini seçsəydilər Rusiyada legioner sayılacaqdılar, amma gələn ildən bu problem də aradan qalxır. Çünki Rusiyada legioner limiti olmayacaq. Rahatlıqla Azərbaycan millisində oynaya bilərlər. Əgər onlarla görüşə bilsəm, Azərbaycan millisin seçmələri üçün əlimdən gələni edərəm.

- Səncə Prosineçkiylə milli uğur qazana biləcək?

- Bilirsiz, bütün problemləri baş məşqçinin üstünə atmaq düzgün deyil axı. Gərək bizdə çalışaq. Amma inanıram ki, o, milliyə yeni ruh gətirəcək və uğurlu nəticələrə imza atacağıq.

- Prosineçki bildirib ki, sən oynadığın müddətcə onun başçılığı altında millidə kapitan olacaqsan. Sənə inamı böyükdür...

- Prosineçkiylə görüşümüz oldu. Əgər o, fikirlərini və yanaşmasını Azərbaycan millisində həyata keçirə bilsə, uğur qazana biləcəyik. Onunla görüşümüz mənim üçün çox faydalı oldu. Çünki psixoloji cəhətdən faydasın gördüm. Məndə həvəsimi və əzmimi birə beş artırdı. Onun mənə olan etimadını doğrultmaq üçün daha çox çalışmalıyam.

ÜMİD  (Goal.Az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail