Bakı-2015: Azərbaycana gələcək daha 30 komanda bilindi

28.01.2015 | 4019 dəfə oxunub

Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək basketbol komandalarının tam siyahısı müəyyənləşib. Stadium.Az xəbər verir ki, voleybol idman növünün ardınca 3X3 növü üzrə təşkil olunacaq yarışda da 32 yığmanın adına aydınlıq gəlib.

Belə ki, Azərbaycan ev sahibi kimi həm kişilərin, həm də qadınların mübarizəsində qüvvəsini sınayacağı halda, daha 11 ölkə hər 2 dəst medal uğrunda gücünü yoxlayacaq.

Ümumilikdə, 20 ölkənin yığmasının heyətində 128 idmançının qatılacağı basketbol komandalarının siyahısını isə FİBA-Avropa bu günlərdə təsdiqləyəcək.

Qeyd edək ki, komandaların hamısı son Avropa çempionatının nəticələrinə əsasən müəyyənləşib. Bu yarışın həlledici mərhələsinə yüksələnlər Bakı-2015-də də iştirak hüququ qazanıblar.  

3X3 yarışları iyunun 23-26-da müvəqqəti idman obyekti – Avropa Oyunları Parkında tikintisi davam edən Basketbol Arenasında keçiriləcək.


Basketbol, 3X3

Kişilər: Azərbaycan, Andorra, Belçika, Çexiya, Estoniya, Yunanıstan, İsrail, İtaliya, Litva, Rumıniya, Rusiya, Serbiya, Sloveniya, İspaniya, İsveçrə, Türkiyə

Qadınlar: Azərbaycan, Belçika, Çexiya, Yunanıstan, İrlandiya, İsrail, Litva, Hollandiya, Rumıniya, Rusiya, Slovakiya, Sloveniya, İspaniya, İsveçrə, Türkiyə, Ukrayna



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail