Tahir Gözəl: "Biz "Neftçi"dən güclüyük

20.02.2015 | 4619 dəfə oxunub

Ağdamın "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl "Neftçi" - "Qarabağ" oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Stadium.Az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik: 

- Öncə UEFA-nın son qərarı ilə bağlı münasibətinizi öyrənmək istərdik...

- Bizim istəyimiz bunun qayda pozuntusu kimi hallanması və oyunun bizə verilməsi idi. Birinci UEFA-nın etik komitəsinə müraciət etmişdik. Təəssüflər olsun ki, onlar bu istəyimizə heç baxmadılar, rədd etdilər və səbəbini də yazmadılar. Amma biz yenidən müraciət edincə, onlar bunu özlərində qeyd etdilər. Mənim üçün sevindiricidi ki, bu məqam futbol tarixində hakimin bir səhvi kimi qeydə alındı, tarixə "Qarabağ"ın zəfəri kimi yazıldı. Bu, xoş xəbərdi. Ancaq qayda pozuntusu verməmələri yenə üzücü və narahatedicidi. Açıq-aşkar səhv idi, günün günorta çağı edilən bir səhv idi. O zaman hakim xətası kimi sayıla bilər ki, o, doğrudan da epizodu görməsin. Hesab edirik ki, qərar bizi tam qane etməsə də, nəyəsə nail olduq. UEFA bizə deyir ki, siz düz deyirsiz, ancaq artıq gecdi. Bir yerdə haqqımızı versələr də, istəyimizə tam nail ola bilmədik. Bir tərəfimiz sevinir, digər tərəfdən isə haqqımızın pozulduğunu düşünürük.Hə, neyləyə bilərik? FİFA-ya şikayət edə bilərik. Ancaq UEFA ilə münasibətimizi o səviyyəyə çəkmək istəmirik. Burda dayanacağıq. Bu qədəri bəs edər məncə.

- İstəyinizə çatdınızmı?

- İstəyimiz tam başqa idi. Yenə deyirəm, biz qayda pozuntusunun qeydə alınmasını və oyunun bizə verilməsini istəyirdik. Amma hakimin səhvinin olduğunu demələri, onun cəzalandırılması müsbət haldı. Cənab prezident İlham Əliyev də hakimin cəzalandırılmalı olduğunu demişdi. Hamımız ürəyimizdə bunu istəyirdik. Mən də çıxışlarımda bunu bəyan etmişdim. Müəyyən mənada, istəyimizə nail olduq. Hakimi cəzalandırmaları o deməkdi ki, "Qarabağ" "İnter"i 1:0 hesabı ilə məğlub etdi.

- Bu məsələnin siyasi tərəfi də var. "Qarabağ"ın yenə əzildiyini demək olarmı?

- İnsan öz-özünə deyir ki, bu cür açıq-aşkar səhvi günorta necə görməmək olar? Buna görə də, qərar məni tam qane etmir. Bariz qolun verilməməsi sual doğurur. Adamı qıcıqlandırır, narahat edir. Belə hallar olmamalıdı. "Qarabağ"ın haqqının pozulduğunu deyənlərlə razıyam.

- "Qarabağ"ın mərhələ keçməməyi klubu daha çox tanıtdırdı. Haqsızlığa uğraması bir növ "Qarabağ"ın xeyrinə olmadımı?

- Bəli, elə oldu, 100 faiz. Bu olay futbol tarixinə düşdü. Dünyada "Qarabağ"ın adının hallanması, bu oyundakı hadisələr tarixdə qalacaq. Hər kəs bizi dəstəklədi. Rusiya, Ukrayna, Türkiyə, hətta İtaliyanın özü bizə dəstək oldu. Ermənistanın özündə də Azərbaycanın "Qarabağ" klubunun haqsızlığa uğradığını dedilər. Arzum o idi ki, "Qarabağ" Avropa Liqasındakı çıxışını davam etdirsin və biz tarixi nəticəyə imza ataq. Deyək ki, biz Azərbaycan futbolu tarixində ilk dəfə o mərhələyə çatdıq. Oyunumuzla da buna layiq idik. Haqsızlığa uğrasaq da, şəxsən mənim gördüyüm məhəbbət, insanların diqqəti, cənab prezidentin bizə qayğısı çox xoş oldu. Hamımız birləşdik. "Qarabağ" yenə bacardı, mənəvi cəhətdən hamı bir oldu. Hədəfimiz "Qarabağ"ı tanıtdırmaq idi ki, buna da nail olduq. Əsas ona sevinirəm ki, “Qarabağ” adın dünyaya tanıtdıra bildik.

- UEFA nümayəndələri ilə bir neçə dəfə görüşdünüz. Növbəti mövsümlərdə "Qarabağ"a qarşı məsuliyyətli olacaqları ilə bağlı sizə söz verdilərmi?

- Görüşdük. Birinci qərarlarını qəbul etmədik, sona qədər getdik.Daha sonra etirazlarımızı bildirdik. Mən Avropaya gedəndə, ordakı nümayəndələrlə görüşəndə onlar çox maraqlı məqama diqqətimi çəkdilər. Dedilər ki, UEFA üçün hakimlik məsələsinin peşəkarlığı çox vacibdi. Bu məsələdə UEFA çox diqqətlidi. Bu, onlar üçün də sarsıntı oldu. Əgər UEFA-nın əsl hədəfi ədalətli oyunlar keçirməkdisə, daha diqqətli olacaqlar. Çünki onlar üçün bu, bir fiasko idi. Onlar da gördülər ki, biz haqqımızdan keçən deyilik. "Qarabağ"a qarşı edilmiş haqsızlıq UEFA-da da boşluqların olduğunu sübut etdi.

- Hakim səhv etməsəydi, indi UEFA Avropa Liqasında “Olimpiakos”la “Dnepr” yox, “Qarabağ” oynayacaqdı...

- Artıq olan oldu, hər şey arxada qalıb. “Dnepr” özü də bu məsələdə bizə haq qazandırmışdı. İndi neyləyək? İndi “Dnepr”in təmsil etdiyi xalq da məzlum vəziyyətdədir. Bizə də xoş olardı ki, “Dnepr” “Olimpiakos”a qalib gəlsin və o məzlum azarkeşlərin sevindirsin.Onlara da uğurlar arzulayıram.  

- "Neftçi" rəhbərliyi "Qarabağ"la matçdan öncə hakimliklə bağlı narazılığını bildirdi. Hakimin qərəzli olmasından şübhələnirdilər, ya necə?

- "Qarabağ"ın bu məsələdə mövqeyi belə oldu: əgər siz hakimliyə etiraz edirsizsə, bizim üçün problem yoxdu, hakimi dəyişdirə bilərik.

- Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov sizin bu müraciətinizi bir növ publikaya oynamaq kimi dəyərləndirdi. Ona etirazınız varmı?

- Şəxsi fikridi. Bizim mövqeyimiz belədi ki, rəqib etiraz edirsə, biz hakimin dəyişdirilməsinə etiraz etmirik. Əslində, çox sadə yanaşma idi. Biz özümüzə arxayınıq.

- “Qarabağ” bu addımıyla sanki “Neftçi”yə dedi ki, “biz onsuzda sizdən güclüyük və hakim kim olursa olsun qalib gələcəyik”. Elə deyilmi?

- Bəli, tamamilə doğrudur. Biz gücüüzə əminik və özümüzə də inanırıq. İndiyə kimi “Neftçi” və “Qarabağ” hərəsi 55 dəfə br birinə qol vurub. Mən çox istəyidrim ki, 56-cı qolu biz vuraq və belə də oldu. İndiyə kimi qələbə sayında da biz üstünük. 17 dəfə “Neftçi”, 19 dəfə isə biz qələbə qazanmışıq. İnşAllah ki, bu oyundan da istədiyimizi aldıq.

- Azarkeşlər daha güclü "Qarabağ" görmək istəyirlər. Ancaq qış fasiləsində yeni transferlər olmadı...


- Transfer olmaması tamamilə Qurban Qurbanovun siyasətidi. Biz dedik ki, əgər arzunuz oyunçu almaqdısa, biz bunu klub olaraq dəstəkləyəcəyik. Qurban hoca iki futbolçuya baxdı, amma razılaşa bilmədilər. Bu, tamamilə texniki məsələdi. Biz heç vaxt məşqçilərə etiraz, onların peşəkar gedişlərinə isə müdaxilə etmirik. Bizim işimiz komandada ruh yüksəkliyi yaratmaq, məşqçilər korpusunun istəyini cavablandırmaqdı. Qurban Qurbanovdan elə bir istək gəlməyib. Gəlsəydi, müsbət cavab verərdik. Mən də ona dedim ki, bir-iki oyunçu alsaydıq, daha yaxşı olardı. Dedi ki, istədiyim oyunçunu tapa bilmədim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail