Petro Qedin: "Bakıya böyük ümidlərlə gəlmişik"

27.03.2015 | 3460 dəfə oxunub

Sabah Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Bakıda yığmamızla qarşılaşacaq Malta millisinin Petro Qedin mətbuat konfransı keçirib. Stadium.Az xəbər verir ki, təcrübəli mütəxəssis sabahkı qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:


- Azərbaycana böyük ümidlərlə gəlmişik. Bizim hazırlıq dövrümüz yaxşı keçdi. Gürcüstanla oyunda ağır məğlubiyyət aldıq. Heyətlə bağlı müəyyən problemimiz var. Amma düşünürəm ki, sabah maraqlı oyun olacaq.

 

- Oyunçuların durumu necədi?

- Gəlin sabahı gözləyək. Hər şeyə sabah aydınlıq gələcək.

 

- Azərbaycan millisinin bu oyuna yeni baş məşqçi ilə çıxması sizin üçün müsbət, yoxsa mənfi haldı?

- Bu bizim üçün o qədər də əhəmiyyət kəsb etmir. Rəqibin baş məşqçisinin kimliyi bizə maraqlı deyil. Əsas öz oyunumuzdu. Çıxıb mübarizəmizi aparacaq və qələbə qazanmağa çalışacağıq.

 

- Malta yoldaşlıq görüşü keçirdi, Azərbaycan millisi isə məşqlə kifayətləndi. Bu o deməkdi ki, Malta millisi fiziki cəhətdən daha hazırlıqlıdı?

- Yorğun olsaq da, o demək deyil ki, oynaya bilməyəcəyik. Görüşə məsuliyyətlə yanaşmaq lazımdı. Bir komanda 3-4 gündən bir görüş keçirə bilmirsə, onda heç meydana çıxmasın.

 

- Azərbaycanın məqsədi Maltanı məğlub etməkdi. Sizin hədəfiniz nədi?

- Hər bir oyunun öz əhəmiyyəti var. Biz ümid edirik ki, ən azı heç-heçə edəcəyik. Bura uduzmağa gəlməmişik.

 

- Bizdə məğlubiyyət faciə sayılacaq. Bəs sizdə?

- Hər bir komanda qələbə qazanmaq istəyir. Ancaq bir komanda bunu bacarır. Biz mübarizə aparacağıq ki, qalib gələk. Bu, bizim üçün stimul olar.

 

- Azərbaycan millisi böyük ehtimalla hücum futbolu oynayacaq. Bəs siz hansı taktikaya üstünlük verəcəksiz?

- İndidən informasiya verməyim düz olmaz. Həmişəki oyunumuzu göstərməyə çalışacağıq.

 

- Azərbaycan mllisi halda nə düşünürsüz?

- Azərbaycan çox güclü komandadı. Onların azarkeşlərində həyəcan görürəm. Niyə həyəcanlanırsız? Sizin komandanızın əvvəlki kimi uğur qazanacağına inanıram.


- Gürcüstanla oyunöncəsi zədəliləriniz var idi. İndi vəziyyət necədi?

- Biz hər şeyi həll etməyə çalışırıq. Sabah işləri yoluna qoymağa çalışacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail