"Bakı-2015": İtaliya ölkəmizə 300 idmançı ilə gələcək

27.03.2015 | 3080 dəfə oxunub

İtaliyanı “Bakı-2015” ilk Avropa Oyunlarında təxminən 300 idmançı təmsil edəcək. Stadium.Az xəbər verir ki, bu barədə İtaliya Milli Olimpiya Komitəsinin (İMOK) mətbuat idarəsinin rəhbəri Danilo di Tommaso məlumat verib.

D.Tommaso İtaliyanı ilk Avropa Oyunlarında təmsil edəcək idmançıların yarışlara böyük həyəcanla hazırlaşdıqlarını bildirib: “Təmsilçilərimiz atletika, aerobika gimnastikası və sambodan başqa bütün idman növləri üzrə mübarizə aparacaqlar”.

İMOK-un mətbuat idarəsinin rəhbəri onu da əlavə edib ki, “Bakı-2015” ilk Avropa Oyunları çərçivəsində “Casa İtalia” adlı sərgi təşkil olunacaq. İtaliyanın əsasən Olimpiya oyunlarında təşkil etdiyi və “Milli qonaqpərvərlik evi” adlanan bu sərgi yarışlar boyu davam edəcək. Sərgidə İtaliyanın idman aləmi, mədəni dəyərləri, mətbəxi və bu ölkəyə xas olan digər maraqlı məqamlar nümayiş olunacaq.

D.Tommaso belə bir sərginin təşkilinin İtaliyanın “Bakı-2015” yarışlarına Olimpiya Oyunları səviyyəsində yanaşmasından irəli gəldiyini xüsusi qeyd edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail