Mübarizə gərginləşir

23.04.2015 | 3423 dəfə oxunub

Synergy Group tərəfindən təşkil edilən Shamkir Chess 2015 turnirində 4-cü tur da gərgin alındı. Stadium.Az xəbər verir ki, dünya çempionu Maqnus Karlsen turnirin hal-hazırda son pilləsində gedən Maykl Adamsla görüşdə qara fiqurlarla rahat bərabərlik aldıqdan sonra təşəbbüsü ələ keçirməyə çalışdı. Bir anda elə hiss olunurdu ki, norveçli artıq tam istədiyi vəziyyəti alıb, lakin Adams dəqiq gedişlərlə rəqibinin üstünlük əldə etməyinə imkan vermədi. Maqnusun keyfiyyəti qurban verməsi də ağların mübarizə əzmini qıra bilmədi. Dünya çempionuna özünə xarakterik olmayan çeytnota düşdü və bunda sonra heç-heçə qaçılmaz oldu.

Həmyerlimiz Şəhriyar Məmmədyarov qara fiqurlarla Aniş Giri ilə xalları yarıya böldü. Hollandiyalı oyuna çox əzmkar şəkildə köklənmişdi və rəqibini maksimum dərəcədə gərginlikdə saxlamağa çalışırdı. Lakin Şəhriyar vaxtında aktiv və dəqiq gedişlərlə oyunun dinamik bərabərliyini saxlaya bildi. Oyunun əvvəlindən bərabər gedən oyun sonda heç-heçə ilə nəticələndi.

İki eks-dünya çempionunun oyunu da maraqlı alındı. Slavyan müdafiəsi və Katalon başlanğıcının qarışığından yaranan vəziyyət olduqca gərgin və maraqlı bir situasiyaya apardı. Ağlarla oynayan Kramnik bir neçə dəfə Anandı çaşdırmağa çalışsa da, hindistanlı oyunun müvazinətini əldən vermədi. Aralarında karyeraları boyunca  100-ə yaxın oyun olan iki eks-dünya çempionunun son zamanlar etdikləri heç-heçələrin sırasına daha biri əlavə olundu.

Maksim Vaşer-Lagravla Fabiano Karuananın oyunu da heç-heçə nəticələndi. Qrünfeld müdafiəsində maraqlı vəziyyətə gedən rəqiblərdən heç biri nəsə əldə edə bilmədi. Qaralarla oynayan Karuana rahatlıqla bərabərliyi əldə edəndən sonra təşəbbüsü ələ keçirməyə çalışsa da, fransız dəqiq müdafiə olundu. Sonda endşpildə azacıq üstünlüyü davam etdirməyə niyyəti olmayan italyan heç-heçə ilə kifayətləndi.

Turun yeganə məhsuldar oyunu Vesli So ilə Rauf Məmmədov arasında oldu. Filippinli rəqibinin Siciliya müdafiəsində seçdiyi taktikanı tezliklə zərərsizləşdirə bildi və onu müdafiəyə keçməyə məcbur etdi. Mittelşpildə ağlar bir neçə dəfə güclü gedişlər edərək üstün endşpilə getdi və sonacan şansını əldən vermədi. Rauf əlindən gələni etməyə çalışsa da, So bu gün daha üstün idi. Qələbə sahəsində ABŞ-ı təmsil edən Vesli So Karlsenin xal itirməyindən yararlanaraq vahid liderliyi ələ keçirdi.

Yarışın 5-ci turu digər turlara nisbətən daha məhsuldar oldu, 5 oyunun 3-ü qələbə ilə nəticələndi. Maqnus Karlsen daha bir möhtəşəm oynayaraq onun üçün heç də asan rəqib olmayan Maksim Vaşer-Lagravı debutdan yayındırdı və təşəbbüsü ələ keçirməyə çalışdı. Fransız əlinə düşən imkanlardan yaralanmaq istəsə də, belə təsəvvür yaranırdı ki, onların başdan bəri şansı yox idi, çünki Karlsen inanılmaz texnika nümayiş etdirirdi. Oyunun sonu da gözəl mat ideyası ilə bitdi.

Həmyerlimiz Rauf Məmmədovun Maykl Adamsla görüşü bütün görüşlər içərisində ən sakiti alındı, halbuki bu oyunun da özünə məxsus intriqası vardı. Rəqiblər bir-birinə üstünlük almağa imkan vermirdi. Belə olduğu təqdirdə isə, oyun başladığı kimi bitdi. Ağ fiqurlarla heç-heçə etməsinə baxmayaraq, Rauf çox güclü rəqibləri ilə başa-baş oynamağa qadir olduğunu bir daha sübut etdi.

İtalyan Karuana Aniş Giri ilə oyunda ilk qələbəsinə çox yaxın idi. Debütdən yaxşı vəziyyət alan Karuana rəqibini xeyli çətin vəziyyətə saldı. Qaralarla oynayan Giri o qədər də uğurlu müdafiə olunmayınca Fabiano ciddi üstünlük aldı. Amma həlledici anda bir neçə qələbə variantı olan Karuana tamamilə səhv istiqamətə getdi və bütün üstünlüyünü əldən verdi. Bundan sonrakı cəhdlər daha heç nə vermədi və dəqiq müdafiə olunan Giri yarım xal qazana bildi.

Turnirin lideri ilə görüşən Anand isə ilk qələbəsini möhtəşəm şəkildə qazana bildi. İspan müdafiəsində yenilik edən Anand gənc həmkarını çaşdıra bildi. So düzgün variant seçmədikdə isə artıq hindistan pələngini dayandırmaq mümkün olmadı. Endşpildə "kimin kim" olduğunu nümayiş etdirən Anand imkanı qaçırmadı. Məğlubiyyət nəticəsində So ilk turdan qazandığı liderliyi Karlsenə təhvil verdi.

Nəhayət 5-ci turunda azərbaycanlı şahmatsevərlərinin həsrətinə son qoyuldu. Şəhriyar Məmmədyarov Kramnik üzərində möhtəşəm qələbə qazanaraq yerli publikaya böyük sevinc bəxş etdi. 6 saat yarımlıq oyunda həmyerlimiz ona xarakterik olan oyunu nümayiş etdirə bildi və eks-dünya çempionunu çeytnota saldı. Müdafiə olunmaqda tayı bərabəri olmayan Kramnik sona qədər mübarizə aparsa da, Şəhriyar bu gün qarşısıalınmaz idi. Şəhriyarın qələbəsi eyni zamanda Azərbaycan şahmatçılarının Kramnik üzərindəki ümumiyyətlə ilk qələbəsi idi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail