"Bakı-2015" okeanın o tayında

24.04.2015 | 3251 dəfə oxunub

Çili Respublikasının paytaxtı Santiaqo şəhərində keçiriləcək Güləş üzrə Panamerika Çempionatından öncə Dünya Güləş Birliyi Amerika Şurasının növbəti Konqresi keçirilib. Stadium.Az xəbər verir ki, tədbirdə Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev və Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov da iştirak edib.

Şuraya üzv ölkə federasiyalarının rəhbərləri ilə yanaşı, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvlərinin də qatıldığı Konqresi açıq elan edən Dünya Güləş Birliyi Amerika Şurasının prezidenti Fransisko Eduardo Lee Lopez  gündəlikdə duran məsələlər barədə məlumat verərək, tarixdə ilk dəfə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına xüsusi yer ayırıb və Azərbaycanın Bakı-2015-ə hazırlıq işlərini yüksək qiymətləndirib.

 Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev konqresdə geniş təqdimatla çıxış edib. Ölkəmizin Avropa Oyunlarına hazırlığından bəhs edən video və fotoslayd nümayiş etdirildikdən sonra Namiq Əliyev qısa müddət ərzində Avropa Oyunlarına hazırlıqla bağlı görülmüş işlər barədə Konqres iştirakçılarına məlumat verib və ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin hazırlıq prosesini daim diqqət mərkəzində saxladığını bildirib. AGF rəsmisi qeyd edib ki, Oyunların Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Bakı-2015-in nəinki Avropanın, eləcə də bütün dünya idmansevərlərinin unudulmaz bayramına çevrilməsi üçün çoxlu sayda yerli və xarici mütəxəssis yüksək əzmkarlıqla çalışır.

“Dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda hər il onlarla beynəlxalq səviyyəli idman yarışları təşkil olunur. Biz inanırıq ki, startına 50 gündən az vaxt qalan və ilk dəfə keçiriləcək Avropa Oyunları da dünya idmanı tarixində öz layiqli yerini tutacaq. Azərbaycan dünya miqyaslı idman və digər tədbirlərin təşkili sahəsində zəngin təcrübəyə malikdir. Qazanılmış bu təcrübə I Avropa Oyunları zamanı bütün dünya ictimaiyyətinin diqqətini Azərbaycana, onun paytaxtı Bakıya cəlb edəcək və 12-28 iyun tarixlərində bütün idman dünyasının nəbzi məhz Bakıda döyünəcək. 20 idman növü üzrə yarışların baş tutacağı Oyunlarda güləş yarışları bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki güləş bizim milli idman növümüzdür. Ölkəmizdə güləşin dərin tarixi kökləri vardır”.

Daha sonra Azərbaycan Güləş Federasiyası tərəfindən Konqres iştirakçıları üçün ziyafət təşkil olunub.

“Bakı-2015”in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq yarışlar 13-18 iyun tarixlərində keçiriləcək və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail