"Bakı-2015" Polşada

24.04.2015 | 3977 dəfə oxunub

21-24 Aprel tarixlərində Polşada “Bakı 2015” Avropa Oyunlarına həsr edilmiş silsilə tədbirlər keçirilib. Stadium.Az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Respublikasının Polşadakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Həsənov və MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, Bakı-2015 I Avropa Oyunları Nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva iştirak ediblər.

Tədbirlər silsiləsindən Polşa Olimpiya Komitəsində təşkil edilmiş “Bakı 2015” Avropa Oyunlarına həsr olunmuş xüsusi təqdimat mərasimini qeyd etmək lazımdır. Təqdimat mərasimində Polşa Olimpiya Komitəsinin prezidenti, Polşanın İdman və Turizm naziri, Polsha Prezident yanında administrasiyanın rəhbəri, Polşanın İdman Birliklərinin və dövlət qurumlarının nümayəndələri, onlarla mətbuat orqanları iştirak etmişdir.

24 Aprel tarixində Polşa Olimpiya Komitəsinin Baş Assambleyasının illik yığıncağı keçirilib. Hər iki tədbirdə MOK-nin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri Könül Nurullayeva Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı təqdimatla çıxış ediblər. O cümlədən Azərbaycan Respublikasının Polşadakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Həsənov Polşa-Azərbaycan münasibətlərinin tarixi köklərinə toxunub və I Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətindən danışıb.

21-24 Aprel tarixlərində ilk Avropa Oyunları ilə bağlı müxtəlif qurumlarda keçirilən görüşlərdə təqdimatla yanaşı "Bakı 2015” ilə bağlı polşa dilində hazırlanmış xüsusi video çarx nümayiş etdirilib və təbliğat materialları paylanılıb.

Eyni zamanda tədbirlər silsiləsindən “Olimpiyski” jurnalının növbəti buraxılışının təqdimat mərasimi olub. Bu buraxılış "Debutdan əvvəl" adı altında nəşr edilərək “Bakı 2015” Avropa Oyunlarına həsr edilib.

Həmçinin tədbir çərçivəsində Çingiz Hüseynzadə Polşanının “Olimpiyski” jurnalına, Polşa Mətbuat Agentliyinə, 1-ci və 4-cü Polşanın Radio proqramına, TV Polsat kanalına, Polşa Radio Məlumat Agentliyinə, İdman İcmalı qəzetinə və nahayət Polşa Voleybol Birliyinin İnternet səhifəsinə müsahibə verib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail