Röya PFL-i pis vəziyyətdə qoydu

27.05.2015 | 6267 dəfə oxunub

Azərbaycan Kubokunda "Neftçi" və "Qarabağ" arasında keçiriləcək final matçından sonra müğənni Röya Ayxanın Qəbələ şəhər stadionundakı konserti baş tutmaya bilər. Stadium.Az xəbər verir ki, bu, Röyanın Azərbaycanı uzun müddətə tərk etməsi ilə əlaqədardır. 

Prodüseri Kənan Bayramov Lent.az-a açıqlamasında müğənninin Avropa ölkələrindən birində olduğunu söyləyib. Onun ölkəyə qayıdışı isə böyük sual altındadır.

Röya Ayxan ötən həftə özünün "İnstagram” səhifəsində gizli çəkilmiş video paylaşıb. Videodan belə bəlli olur ki, müğənni sosial şəbəkələrdən birində onun ünvanına təhqiramiz ifadələr işlədən bir gənci tapıb və onunla "razborka çürüdüb”: "Mənim əzizlərim, İnstagram-da şəxsiyyətimi təhqir edənlər, elə bilirsiniz dərəbəylikdi? Kim hansı qiyməti istəyir, onu da qoyur mənə, sonra da bax belə tapıb gətirirsən özü də polis əliylə. Deyir ki, dediyim sözlər anama, bacıma aiddi. Vay-vay bu dırnaqarası bəzi kişiciklərin axırı hara gedir görəsən? Elnur Orucov axı sənə lazım idi, niyə axı o sözləri ananıza deyirsiniz? Axı səni zülmlə böyüdür ki, sizin kimi "......”. Bu ölkədə heç kəs cinayətdən yayına bilməz. Hamı cavabını verəcək mütləq!”.

Vəkil Adəm Məmmədov isə Röyanın bu əməlinin cinayət xarakteri daşıdığını və müğənninin cəzalandırılmalı olduğunu bildirib. Vəkil müğənninin gizli çəkiliş edib yaymaqla vətəndaşın konstitusion hüquqlarını pozduğunu qeyd etmiş və bununla bağlı daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov "aznews.az"a açıqlamasında bildirib ki, hazırda bu məsələ ilə maraqlanır və lazımı addımların atılacaq: "Qanun pozuntusu olubsa, mütləq onu törədən şəxs və ya şəxslər cəzalanacaq. Qeyd edim ki, polisin zərərçəkmişlə qarşı tərəfi üzləşdirməsində qeyri-qanuni heç bir əməl yoxdur, təhqiqat müddətində polis tərəfləri üzləşdirə bilər. Lakin bu, polisin qarşısında olmalıdır. Polis şikayətçiyə onu təhqir edən şəxsin kimliyi barədə məlumat verə bilər. Lakin zərərçəkmiş bunun üçün yazılı şəkildə müraciət etməlidir. Şifahi şəkildə polisin kiməsə məlumat ötürməyə səlahiyyəti çatmır”.

Səhlab Bağırov hər hansı şəxsin videosunun gizli şəkildə paylaşmağın da qeyri-qanuni olduğunu deyib: "Video gizli çəkilib paylaşılıbsa, bu, qeyri-qanuni əməldir. Kimliyindən asılı olmayaraq, hər kəs qanunlarımıza hörmətlə yanaşmalıdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail