Avropa Oyunlarındakı təmsilçilərimizi tanıyaq! - FOTOLAR

27.05.2015 | 3214 dəfə oxunub

İyunun 12-28-də keçiriləcək Bakı-2015 ilk Avropa Oyunlarının şosse velosipedi növündə kişilərlə yanaşı, 2 qadın idmançımız da iştirak edəcək. Stadium.Az xəbər verir ki, bunlar Ülfət Nəzərli və Yelena Pavluxinadı.

"Atasport" klubunun təmsilçisi Ülfət Nəzərli Azərbaycan çempionatının mükafatçısıdı. 26 yaşlı idmançı Avropa Oyunlarında iştirakı karyerasının ən önəmli yarışı kimi xarakterizə edir: "Bakı-2015 ilk Avropa Oyunlarında iştirak mənim üçün böyük şərəfdi. Məsuliyyətimi dərk edir və bu yarışa səylə hazırlaşıram. Oyunlarda uğurlu nəticə qazanmaq üçün əlimdən gələni edəcəyimə söz verirəm".

Bu ilin fevralından Sloveniyanın "Lyublyana" qadın şosse komandasının heyətində çıxış etməyə başlayan 26 yaşlı Yelena Pavluxina bir neçə gün öncə Xızıda təşkil olunan Azərbaycan çempionatının qalibi olub.

Apreldə Sloveniyada təşkil olunan beynəlxalq kriterium ötüşməsində də birincilik qazanan velosipedçimiz Bakıya kifayət qədər güclü velosipedçilərin gələcəyini deyir: "Rəqiblərimizin arasında Olimpiya və dünya çempionları da olacaq. Amma bu bizi qorxutmur. Hər gün Oyunların velosiped yarışlarının keçiriləcəyi marşrut boyunca məşq edirik. Düşünürəm ki, bu bizim üstünlüyümüzdü".

Avropa Oyunlarının velosiped yarışları iyunun 18-21-də keçiriləcək. Yelena Pavluxina fərdi və qrup, Ülfət Nəzərli isə qrup ötüşməsində mübarizə aparacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail