"Neftçi" rəsmisi "Qarabağ"dan üzr istədi

28.05.2015 | 3814 dəfə oxunub

"Qarabağ"ın ünvanına təhqiramiz ifadələr işlədən "Neftçi" rəsmisi geri addım atıb. Stadium.Az xəbər verir ki, o, klubun rəsmi "facebook" hesabına verdiyi açıqlamada futbol ictimaiyyətindən üzr istəyib. Həmin fikirləri olduğu kimi təqdim edirik:

"Hörmətli, dostlar, KİV nümayandələri. Nəzərinizə çatdırım ki, mən Həsənov Çingiz uşaqlıqdan “Neftçi” azarkeşiyəm və ömrüm boyu belə də qalacaq. Hətta yaşadığım evin qapısında böyük Neftçi logosu çəkdirmişəm. Allah mənə qismət edib ki, uşaqlıq arzum olan komandanda məhz “Neftçi”də 5 ildən artıq müddətdir ki, çalışıram. Ötən gün şəxsi facebook səhifəmdə kapitanımız Flavinyo ilə çəkdirdiyim şəkil, daha doğrusu şəkilə yazdığım şərh birmənalı qarşılanmayıb və bundan bəzi insanlar istifadə edərək, iki komanda arasında olan münasibətləri korlamaq, eləcə də digər məqsədlər üçün yazdıqlarımı mətbuat səhifəsinə çıxarıblar. Mən bunu “Neftçi” rəsmisi kimi deyil, “Neftçi”ni canı qədər çox sevən azarkeş kimi yazmışdım. Bu azarkeş fikri idi. Bu fikirlərimin “Neftçi” rəsmisi kimi təqdim olunması düzgün deyildi. Əslində rus dilində yazılmış ifadələr də icitmaiyyətə təqdim olunduğu kimi səslənmir. Bəlkə də düşüncələrimi ifadə etmək üçün yalnış ifadələr seçmişəm. Bununla belə yanlış anlaşıldığıma görə futbol ictimaiyyətindən, “Qarabağ” klubunun azarkeşlərindən üzr istəyirəm. Mən bir "Neftçi"li olaraq, Qəbələdə keçiriləcək finalda “Qarabağ”ı məğlub edəcəyimizdən əminəm.

Hörmətlə Çingiz Həsənov.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail