Tale Heydərov: "Yeni mövsümdən çempionluq üçün oynayacağıq"
“Qəbələ”nin prezidenti Tale Heydərov Azərbaycan Premyer Liqasının 35-ci turunda “Bakı” ilə keçirilən oyundan (3:0) sonra müsahibə verib.
- “Qəbələ” ardıcıl ikinci mövsüm ölkə çempionatında bürünc medallara sahib çıxdı. İlk öncə təəssüratlarınızı öyrənmək istərdik.
- Komanda üçün minimum nəticə üçüncü yeri tutmaq idi. Bu da əldə olundu. Bürünc medala sahib çıxmağımız sevindirici haldır.
- Növbəti mövsüm “Qəbələ”nin hədəfi nə olacaq?
- Bu il üçüncü olduq. Gələn mövsüm isə çempionluq uğrunda mübarizə aparacağıq. Hədəf olaraq komandanın qarşısına da çempionluq qoyulub. Yeni məşqçi, yeni heyətlə istəyimizə çatacağımıza inanıram.
- Baş məşqçi Roman Qriqorçukun işi sizi qane edir?
- Qriqorçukun işi məni qane edir. İlk oyunlarda bir qədər çətinliklər var idi. Uğurlu olmamışdı. Amma sona yaxın komanda yaxşı təsir bağışladı. Məğlubiyyətsiz oyunlar seriyası əldə etdik. Bu nəticə klub tarixi üçün rekord göstəricidir.
- Komandanın qazandığı nəticə məlumdur. Bəs, sərgilənən oyun ürəyinizcədir?
- Hazırkı durumdan çox razıyam. İndi “Qəbələ” həmişə istədiyim oyunu sərgiləyir.
- Qarşıdan Avropa Liqasının oyunları gəlir. Qitə kuboklarında komandanın qarşısına hansı hədəf qoyulub?
- İnanıram ki, bu dəfə ötənilki kimi olmayacaq. Hədəfimiz bacardıqca maksimum irəli getməkdir.
- Heyətdə hansı dəyişikliklər olacaq?
- Bir neçə yeni oyunçunun komandaya götürüləməsi üzərində iş gedir. Bəzi futbolçularla da sağollaşacağıq. Yeni heyətlə bu il Avropa Liqasında inamlı çıxış edəcəyimizi düşünürəm.
- “Qəbələ” üçün daha böyük stadionun inşası planı qüvvədə qalıb, yoxsa hazırkı arena ilə kifayətlənəcəksiniz?
- Bütün dünyada olduğu kimi, Azərbaycan futbolunda da infrastruktur inkişaf edir. Tələbat olanda arenanın tutumu da artır. Daha böyük stadionlar inşa olunur. Yeni, daha böyük azarkeş tutumuna malik stadiona ehtiyac olduqda, qərar verəcəyik. İndiki halda bu stadion bizi qane edir. (futbolxeber.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |