Nazarov məhsuldar ötürmə verdi, komandasını ümidləndirdi

29.05.2015 | 4132 dəfə oxunub

Almaniyanın "Hamburq" və "Karlsrue" klubları ilk pley-off oyununa çıxıblar. Stadium.Az xəbər verir ki, ilk qarşılaşma əsas Bundesliqanı 16-cı pillədə başa vurmuş hamburqluların meydanında baş tutub.

Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun da şərəfini qoruduğu ikinci Bundesliqanı üçüncü pillədə bitirən "Karlsrue" səfər matçında sərfəli nəticə qazanıb. Start heyətdə meydana çıxan Nazarovun məhsuldar ötürməsindən sonra 4-cü dəqiqədə Rouen Henninqs hesabı açıb. Amma "Karlsrue" bu üstünlüyünü 73-cü dəqiqədə əldən verib. Nəticədə, Nazarovun 90 dəqiqə meydanda olduğu qarşılaşma 1:1 hesabı ilə də başa çatıb.

Sözügedən komandalar iyunun 1-də Karlsruedə cavab görüşünə çıxacaqlar. İki oyunun nəticəsinə görə qalib gələcək komanda əsas Bundesliqada, məğlub olan isə ikinci Bundesliqada oynamalı olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail