“Kəpəz”in əsas komandası üçün gənc iddialı Əli Səmədov

30.06.2015 | 7155 dəfə oxunub

Hazırda Gəncədə futbol yenidən dirçəlməkdədi. Stadium.az xəbər verir ki, yeni mövsümdən Premyer Liqada çıxış edəcək Gəncənin “Kəpəz” klubu heyətini qurmaqdadır. Daim gəncəli futbolçularla iddialı olmuş “Kəpəz” klubu hazırda bu sarıdan əziyyət çəkir. İndi komandaya cəlb edilən gəncəli futbolçulardan biri də Əli Səmədovdur. 1997-ci il doğumlu Əli Gəncədə Tariyel Məmmədovun yetirmələrindən sayılır. Daha sonra isə “Qəbələ” Futbol Akademiyasına cəlb edilib. Əli artıq 6 ildir ki, Qəbələdə futbolun sirlərini öyrənib. Hazırda isə “Kəpəz”in düşərgəsindədir. Gənc Səmədov hazırkı vəziyyətlə baqlı saytımıza açıqlama verdi: “Futbola Gəncədə başlasam da, sonradan “Qəbələ”yə getdim və burada akademiyada futbolun sirlərini öyrəbnəyə başladım. Orada aşağı yaş qruplu komandalarda oynamışam. İndi “Kəpəz” yıqılır. Məndə bura gəldim və istəyirəm özümü komandada sınayım. İndi əsasən gənc futbolçulara üstünlük veriləcək. Bu məqam mənim üçün də yaxşı fürsətdir. Çalışacam ki, özümü göstərim və komandada qalım. “Turan Tovuz”la oyunda da çalışdım ki, özümü yaxşı tərəfdən göstərim. Bildiyim qədəriylə baş məşqçimiz Şahin müəllimin də xoşuna gəlmişəm. Çox istərdim ki, “Kəpəz”də qalım və komandaya köməkliyi göstərim. Əgər “Kəpəz”də qalmağımı istəsələr, yəqin ki, bura icarə əsasında gələcəm. Çünki “Qəbələ” ancaq icarəyə verəcək məni. Əsas istəyim indi özümü doğruldaraq “Kəpəz”də qalmaq və əsas heyət üzvünə çevrilməkdir. Bunun üçün əlimdən gələnin ən yaxşısın edəcəm”.

Əli Səmədov “Kəpəz”in “Turan Tovuz”la yoxlama oyununda özünü yaxşı tərəfdən göstərə bilib. Rəqib qapısına yola tapmaqla yanaşı, baxımlı futbolda göstərən gənc yarımmüdafiəçi baş məşqçi Şahin Diniyevin diqqətini cəlb edə bilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail