Roman Qriqorçuk: "Klub rəhbərliyi gözəl futbol tələb edir"
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının I təsnifat mərhələsində "Dinamo" (Tiflis) ilə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Dinamonun baş məşqçisi hər iki matçda qələbə qazanmaq istədiklərini deyib. Bu barədə nə deyə bilərsiniz?
- Rəqib baş məşqçiyə cavab vermək istəməzdim. Çünki ona hörmətlə yanaşıram. “Dinamo” yaxşı oyun sərgiləyir. Baş məşqçiləri isə savadlı mütəxəsisdir. Mən yalnız öz məqsədimiz haqqında danışmaq istərdim. İndiki halda yalnız sabahkı oyunu düşünürəm.
- İndiki “Dinamo haqqında hansı məlumatınız var?
- “Dinamo” haqqında məlumatımız var. Bilirəm ki, bir neçə futbolçu komandanı tərk edib.“Dinamo”nun heyətindən xoşum gəlir. Deyə bilərəm ki, sabahkı oyundan azarkeşlər zövq alacaqlar.
- Az müddətdir ki, "Qəbələ"nin baş məşqçisisiniz. Bu, komandanın oyununa təsir göstərməyəcək?
- “Qəbələ”də yeni deyiləm. Komanda ilə artıq tanışam. Geridə qalan müddətdə müəyyən uğur da əldə etmişik. Lakin hazırlıq üçün çox vaxtımız olmadı. Sabah meydana elə futbolçu çıxa bilər ki, cəmi 3-4 gündür komandadır.
- “Qəbələ”də son dəyişikliklər komandaya nə dərəcədə təsir edə bilər? Komanda oyuna hazırdırmı?
- Heyətə yeni futbolçular cəlb olunması müəyyən qədər problemlər yarada bilər. Komandanın qurulması üçün çoxlu yoxlama oyunu keçirilməsinə ehtiyac var. Futbolçuların bilməli olduğu çox məlumat var. Lakin bizim üstünlüyümüz var ki, komandaya gələn futbolçuların hamısı təcrübəlilədir. Sabahkı matçda bizə daha çox nəticə lazımdır.
Komandanın stilini dəyişmək fikrimiz yoxdur. Seçdiyimiz oyunçular da “Qəbələ”nin stilinə uyğundur. Klub rəhbərliyi gözəl futbol tələb edir və biz buna uyğun futbol oynamağa çalışırıq. Sabahkı matçda bizi 0:0 hesablı bərabərlik yox, 5:0 hesablı qələbə qane edecək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |