"Biz həqiqətən də "Laçi"dən daha güclü komanda ilə qarşılaşırıq"

02.07.2015 | 4771 dəfə oxunub

Bu gün klublarımız Avropa Liqasında mübarizəyə qoşulur.

Stadium.az xəbər verir ki,"İnter"in rəqibi "Laçi"nin baş məşqçisi Armando Kunqu mətbuat konfransında maraqlı açıqlamalar verib: "Biz həqiqətən də "Laçi"dən daha güclü komanda ilə qarşılaşırıq. Lakin bu, o demək deyil ki, "İnter"dən çəkinirik".

O, daha sonra fikirlərinə belə davam edib: "Biz yalnız qələbəyə oynayacağıq. Düşünürəm ki, azarkeşlərin dəstəyi də məqsədimizə çatmaq üçün bizə kömək olacaq. Etiraf edim ki, bizim üçün çox çətin olacaq. Albaniya kubokunun finalı ilə müqayisədə 3 aparıcı futbolçumuz bu gün bizə kömək edə bilməyəcək. Bunlar kapitanımız Stipe Buljan, Marko Çetkoviç və Sequn Adeniyi Ceymsdi. Onların hər birinin uğurlarımızdakı rolu böyükdü. Bu üzdən də bu "üçlüy"ün yoxluğu ciddi itki sayılır. "İnter"lə Azərbaycandakı oyunda problemlə üzləşməmək üçün öz meydanımızda yaxşı nəticə qazanmalıyıq. Məni rəqib komandanın durumu o qədər də maraqlandırmır. Əsas öz "Laçi"nin necə oynamasıdı. Kubokun finalındakı kimi mükəmməl oyun nümayiş etdirsək, nəticə qazana bilərik"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail