Qurban Qurbanov: "Hələ belə kasıbçılıq olmamışdı" - MÜSAHİBƏ

14.07.2015 | 7662 dəfə oxunub

“Qarabağ” sabah Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Monteneqronun “Rudar” klubunu Respublika stadionunda qəbul edəcək. Stadium.az xəbər evrir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu oyundan əvvəl jurnalistlərin suallarını cavablandırıb:

- Hər birinizi salamlayıram. Sizləri yenidən görməyə şadam. Sizlər Avropa oyunlarına bizdən bir tur qabaq başlamısız. Bu turnirin yeri başqadı. Ötən il də istədik ki, daha uğurlu nəticə qazanaq, amma alınmadı. Çalışacağıq ki, bundan daha artığını edək. Çünki hər biriniz, azarkeşlər və rəhbərlik daha böyük nəticələr tələb edir. Bu oyun bizim üçün turnirin ən vacib oyunudur. İlk oyuna kimi hazırlığı normal vəziyyətə gətirməyə çalışdıq. Bir neçə mərhələdə hazırlıq keçdik. Düşünürəm ki, pis hazırlaşmadıq. Rəqibə gəldikdə, bizim düşünmədiyimiz komandadır. Təəssüflər olsun ki, bu komandanı tam öyrənə bilmədik. Baş məşqçilərinin oyun üslubunu bəyəndim. Topla daha çox oynamağa çalışırlar.

Dəfələrlə demişəm, hər bir rəqibi nə qədər analiz etsək də, onları ilk oyundan sonra tanıyırıq. Çox ciddi bir rəqibə qarşı oynayırıq. Çalışacağıq ki, az səhvlər edək. Əsas istəyimiz yaxşı oyun və yaxşı nəticəylə meydandan ayrılmaqdır.

- Start heyətiniz məlumdur?

- Bəli, artıq bəllidir.

- Yeni hücumçu almısız. Onun oynamaması sizə problem yaradacaq?

- İndi həqiqətən legioner futbolçu tapmaq çətindir. Amma biz onsuz hazırlaşmışıq, yəqin ki, problem yaşamayacağıq. Hələ belə kasıbçılıq olmamışdı. Təbii ki, futbolçu baxımından.

- Komanda siz istədiyiniz durumdadı?

- İndi elə bir vaxtdır ki, hər bir komandanın problemi olur. Düşünürəm ki, bizim üstünlüyümüz var. Çünki Avropa təcrübəmiz çoxdur. Düşündüyümüz keyfiyyəti bir neçə oyundan sonra görəcəyik. Həmişə nə qədər futbolçu alsaq da, həmişə daha yaxşı oyunçuya ehtiyac olur.

- Yeni trasnferlərdən sonra “Qarabağ”ın oyun üslubunda hansısa dəyişiklik olacaq?

- Mən belə düşünmürəm. Gələn futbolçular da bilirlər ki, hansı üslubda oynayacaqlar.

- Rəqib futbolçular daha çox Reynaldodan çəkinirlər...

- Bu, normal haldır. Biz daim çalışırıq ki, Reynaldonun və başqa futbolçularımızın performansı yüksəlsin.

- Rəqib barədə çox ehtiyatlı danışırsız. Həmişəki kimi rəqibə hörmətlə yanaşırsız, yoxsa həqiqətən ehtiyat edirsiz?

- Siz özünüz də sabah görəcəksiz ki, rəqib nə qədər təhlükəli komandadır. Mən həmişə düzü demişəm, bu komanda çox çətin rəqibdir.

- Adətən müqəddəs Ramazan ayında “Qarabağ”lı futbolçular həmişə oruc olaraq meydana çıxırlar. Sabah da belə olacaq?

- Mən heç kimə oruc tutmasın deyə qadağa qoya bilmərəm. Nədə ki, heyəti quran zaman kiminsə oruc tutmasına diqqət etməyəcəm.

- Mahir Mədətov “Qarabağ”a gəlir?

- Biz Mahiri hələ çoxdan istəyirdik. Onun “Bakı”yla müqaviləsi başa çatıb. Klubla danışıqlar gedir. Müsbət yekunlaşsa, yəni konpensasiya olaraq çox pul istəməsələr Mahiri komandamıza gətirəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail