Luis Enrike: "Arda "Barselona"nın kilid oyunçusu olacaq"

15.07.2015 | 1748 dəfə oxunub

“Barselona”nın baş məşqçisi Luis Enrike son mətbuat konfransında yeni transferləri Arda Turana təriflər yağdırıb. Stadium.az xəbər evrir ki, ispaniyalı məşqçi Ardanı komandanın əsas oyunçularından biri olaraq qiymətləndirib:

“Arda heç bir yerə getməyəcək. Komandayla bir yerdə məşq edəcək və sistemimizi öyrənəcək. Arda onsuzda “Barsa”da ən yüksək səviyyədə olan futbolçularla çalışacaq. Bu səbəbdən də başqa yerə getməsinə ehtiyac yoxdur. Arda çox bacarıqlı futbolçudur. Topu ayağına aldısa, asanlıqla heç kimə verməz. Onun bu bacarığından çox yararlanacağıq.

Onu ya ortada, ya da hücum xəttində oynadacam. Bunu hələ tam olaraq dəqiqləşdirməmişəm. Çempionat başa çatan kimi bu transferin həll edilməsini istəmişdim. Klub rəhbərliyi də prezident seçkilərindən əvvəl bunu həll etdilər. Arda 2015-16-cı illər mövsümündə “Barselona”nın kilid oyunçusu olacaq”.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.04.2017

14:18  "Qəbələ" - "İnter" -HEYƏTLƏR

23.04.2017

16:14  AZAL - "Kəpəz" - HEYƏTLƏR

16:12  "Zirə" - "Neftçi" - HEYƏTLƏR

16:11  "Qarabağ" - "Sumqayıt" - HEYƏTLƏR

22.04.2017

01:13  Premyer Liqada XXVII turun STATİSTİKASI

   
  O Q H M T-f X
1. Qarabağ 27 18 5 4 44:13 59  
2. Qəbələ 26 13 10 3 43:16 49  
3. İnter 26 11 10 5 36:28 43  
4. Zirə 27 8 10 9 25-28 34  
5. Kəpəz 27 8 9 10 23-27 33  
6. Sumqayıt 27 8 8 11 26:34 32  
7. Neftçi 27 9 3 15 25-42 30  
8. AZAL 27 1 7 19 13-47 10  
24.04Qəbələ ---İnter
23.04Kəpəz 2-2Neftçi
23.04Qarabağ 2-1Sumqayıt
23.04AZAL 1-2Kəpəz
01.01 -
01.01 -
09.04Kəpəz -Neftçi
09.04Qarabağ -Qəbələ