Qurban Qurbanov: "Onlardan tam razı deyiləm"

16.07.2015 | 5294 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin “Rudar”la ilk oyunundan (0:0) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Rudar" çox düzgün müdafiə olundu. İlk oyunda əsas məqsədimiz qol buraxmamaq idi. Səfərdə daha çətin oyun ola bilər. Tam əksinə də ola bilər. Yaxşı qol epizodlarımız oldu. Bilirik ki, bizi səfərdə ciddi rəqib gözləyir. 

- “Qarabağ” çoxsaylı standart vəziyyətlərdən istifadə edə bilmədi. Başqa variantlarınız yox idi?

- Çatışmazlıqlar var. Düşünürdüm ki, ilk oyunda bəzi problemlər olacaq. Bir neçə variantdan istifadə etdik.

- Razısınızmı rəqib sizi daha yaxşı analiz edib?

- Bəli, bunun üçün onlarda daha yaxşı imkan var idi. Komanda şəklində yaxşı müdafiə olundular. Bizim də düşünülmüş hücumlarımız oldu. Lakin rəqib müdafiədə diqqətli idi. 

- Oyundan əvvəl bildirmişdiniz ki, rəqibi təhlil edə bilməmisiniz. Bu oyun bəs etdimi rəqibi tanımağa?

- Bəli, artıq hər iki komanda bir-birinə yaxşı bələddir.

- Ötənilki uğurlu çıxışdan sonra “Qarabağ”ın üzərində təzyiq yaranıb. Bunun qarşısını almaq üçün variantarınız var?

- Biz bu işin içindəyik. Bilirik ki, asan rəqib yoxdur. Həmişə məsuliyyətliyik. Təzyiq də normaldır. Biz heç nəyə fikir vermədən irəli baxırıq.

- Bu gün “Qarabağ” uzaqdan zərbələrdən istifadə etmədi.

- Mümkün qədər zərbələr vurmağa çalışdıq. Hər oyunda futbolçularım qapıya uzaqdan 3-4 zərbə vurur.  

- Heyətdə yeni futbolçular var idi. Onlardan razı qaldınızmı? 

- Hələ ki, onlardan tam razı deyiləm. İlk hissədə bir qədər anlaşılmazlıqlar oldu. Ancaq ikinci hissədə oyunlarını tapdılar. 

- Qara Qarayevi niyə əvəzlədiniz?

- Qara qırmızı vərəqə ala bilərdi. Sarı vərəqəsi var idi. Həm də onun üzərinə çox iş düşür. Düşündüm ki, bir qədər istirahət etsin. Coşqun Diniyevdən də istifadə etməliyik.



  #1   Adınız: Subhan;   E-mail: [email protected]

16.07.2015 09:02

Men deyerdimki Qarabagin bu heyyeti oten ilkinden qat qat ve
cox gucludur.Bu heyyet her seye qadirdir.Sadece ilk oyun
olduguna gore bezi anlasilmazliqlar oldu.UGURLAR
QARABAGH.SEN DAIMA BIZIMLE BIZDE SENINLEYIK.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail