“Traktor Sazi”dən "Qəbələ"yə təbrik

25.07.2015 | 4128 dəfə oxunub

Təbriz şəhərinin “Traktor Sazi” komandası “Facebook”dakı TiraXtürk Fan Klub səhifəsində “Qəbələ” futbol klubunu son möhtəşəm qələbə münasibətilə təbrik edib.

Goal.az xəbər verir ki, səhifədə “Yaşasın Quzeyli soydaşlarımız, yaşasın Qəbələ” sloqanının ardınca Azərbaycan Milliyyətçi Gəncləri, "Qəbələ" 2-0 "Çukariçki" (Serbiya) cümlələri paylaşılıb.

Səhifədə həmçinin “Qəbələ” Fan Klubu üzvlərinin “Qəbələ - Çukariçki” görüşündən çəkilmiş şəkli yerləşdirilib. Şəkildə “Qəbələ” azarkeşlərinin əlində Güney Azərbaycanın istiqlal bayrağı görünür.

Həmin fotonu tanınmış jurnalist Azər Sarıyev “Qəbələ” futbol klubu Avroliqa oyunları çərçivəsində Serbiyanın “Çukariçki” klubunu qəbul edərkən “Bakcell Arena”da çəkib. A. Sarıyev bu fotonu “Qəbələ” Fan Klubu ilə bağlı təəssüratlarını bölüşdüyü “Qəbələ” Qələbəyə məhkum idi” sərlövhəli məqaləsi ilə birlikdə saytlara təqdim edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail