"Neftçi" KİV üçün sərt bəyanat yaydı
Bəzi mətbuat orqanlarında "Neftçi" klubunda kütləvi zəhərlənmə hadisəsinin olması barədə xəbərlər yayılmışdı. Stadium.az xəbər verir ki, bununla bağlı klub bəyanat yayıb. Bu bəyanatı təqdim edirik:
Hörmətli futbol ictimaiyyəti, əziz azarkeşlər və media nümayəndələri. “Neftçi”də kütləvi zəhərlənmə xəbəri bizi sevən hər kəsi narahat etməyə bilməzdi. Heç bir mənbəyi olmayan, qarşı tərəfin münasibəti öyrənilmədən yayılmış bu xəbərin nəyə və hansı maraqlara xidmət etdiyini bilmirik. Lakin onu deməyə məcburuq ki, peşəkarlığa yaraşmayan tərzdə yayılmış xəbər bir çoxlarının narahatlığına səbəb olub. Qəti şəkildə bəyan edirik ki, son dövrlərdə “Neftçi” PFK-da nəinki kütləvi şəkildə, ümumiyyətlə zəhərlənmə halı qeydə alınmayıb. Təəssüflər olsun ki, bəzi mətbu orqanlar maraqlı olan insanlara bilərəkdən və ya bilməyərəkdən xidmət edərək heç bir sübutu olmayan, uydurma faktları dərc ediblər. Bu isə “Neftçi” PFK-nı sevən hər kəsin təşvişinə səbəb olub. Maraqlıdır, bu xəbər yoldaşlıq oyunu olmasına baxmayaraq, komandamızın yeni heyətlə ilk qələbəsini qazandıqdan dərhal sonra mətbuata ötürülüb. Cəfəngiyyat dolu məlumatlara inanmayan, əsl peşəkarlıq göstərərək yalan xəbərə yer ayırmayan bütün media orqanlarına təşəkkürümüzü bildiririk.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |