Qurban Qurbanov "Seltik"in baş məşqçisini qabaqladı

03.08.2015 | 4914 dəfə oxunub

Çempionlar Liqasının III təsnifat mərhələsində baş tutacaq “Qarabağ” – “Seltik” matçından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Stadium.az xəbər verir ki, komandalar sabah oyunöncəsi son məşqə çıxacaq, eyni zamanda baş məşqçilərin iştirakı ilə mətbuat konfransı təşkil ediləcək.

 Əvvəlcə “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov jurnalistlər önünə çıxacaq. O, saat 20:30-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında media mənsublarının önünə çıxacaq.

 “Seltik”in baş məşqçisi Ronni Deyla isə 21:00-da jurnalistlərin suallarını cavablandıracaq. Şotlandların oyun öncəsi son məşqi saat 21:30-da baş tutacaq.

 “Qarabağ” – “Seltik” görüşü avqustun 5-də, saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Şotlandiyadakı ilk oyunda “Seltik” 1:0 hesablı qələbə qazanıb. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail