Bakıda Türkiyə ab-havası yaşayan "Seltik"li futbolçu danışdı

05.08.2015 | 4387 dəfə oxunub

"Sabah bizi böyük oyun gözləyir. Ancaq doğulub böyüdüyüm ölkəmə yaxın olan bu uşaqları ziyarət etmək mənim üçün xüsusi əhəmiyyət daşıyır. Mən Türkiyədə doğulmuşam və necə böyüdüyümü də xatırlayıram".

Stadium.az xəbər verir ki, bu sözləri "Seltik"in türk əsilli futbolçusu Nadir Çiftçi klubun rəsmi saytına açıqlamasında deyib.

Bu gün "Seltik"in heyətində Bakıda Binəqədi rayonu ərazisində yerləşən Zəngilan rayon 4 nömrəli məcburi köçkün tam orta məktəbini ziyarət edən türkiyəli futbolçu Azərbaycanda ölkəsinin qoxusunu aldığını bildirib:

"Azərbaycanda daha öncə olmamışdım. Ancaq burada Türkiyənin qoxusunu aldım. Hətta havanın hərarəti də Türkiyədəki kimidir. Burada olmaq və uşaqları görmək çox gözəldir. Onlara nəsə verə bilmək fantastik hisdir. 

Bura gələrək uşaqlara formalar paylamaq və onlarla futbol oynamağın "Seltik" kimi böyük klub üçün nə demək olduğunu yaxşı bilirəm. Eyni zamanda bunun bizim və uşaqlar üçün də nə demək olduğunu anlayıram. Klubumuzun bu ziyarəti böyük jest idi. "Seltik" dünyada xeyriyyəçi klub kimi tanınır. Artıq mən də bu barədə daha çox məlumat almaq üçün komandanın yanındayam. Burada iştirak etmək həqiqətən əhəmiyyətli və gözəldir. Bakıda hərarət çox yüksəkdir, xüsusən də binaların içərisində. Lakin uşaqlarla futbol oynamaq gözəl oldu".

Sabahkı oyun haqda da danışan Nadir Çiftçi "Qarabağ"la matça hazır olduqlarını bildirib: "Komandada əhval-ruhiyyə yaxşıdır. Biz artıq ilk oyunda 1:0 hesabı ilə qələbə qazanmışıq. Havanın isti olacağını bilirik. Lakin biz axşam, havanın elə də isti olmayan vaxtında oynayacağıq. Bununla belə, həm istiyə, həm də "Qarabağ"a qarşı oynamağa hazırıq. İlk matçda "Qarabağ"ın topla oynamağı sevən komanda olduğunu gördük. Qol vurmaq şansımız olarsa, bundan istifadə etməliyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail