Dünya Kuboku Qəbələyə gəlir

05.08.2015 | 3214 dəfə oxunub

Qəbələ şəhəri avqustun 6-dan 16-dək Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarına ev sahibliyi edəcək.

Stadium.az xəbər verir ki, bu yarışlar Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi və "Qəbələ” Atıcılıq Klubunun, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə keçiriləcək. Dünya Kuboku uğrunda yarışların 5 mərhələsi ötən bir il ərzində ABŞ, Almaniya, BƏƏ, Kipr və Meksikada təşkil olunub. Yarışın 6-cı mərhələsi, yəni final görüşləri isə Qəbələdə keçiriləcək. Bu yarışlar 2015-ci il ərzində Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında Avropa və dünya çempionatından sonra ən mühüm yarış hesab olunur. Yarışda 100-dək ölkədən 2000-ə yaxın idmançı, eləcə də Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranya, Beynəlxalq İdman Atıcılıq Federasiyasının baş katibi Frans Şrayber və Avropa Atıcılıq Konfederasiyasının prezidenti Vladimir Lisinin də iştirak edəcək. Bu yarışlarda idmançılar 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunları üçün 34 lisenziya uğrunda aparacaqlar. Xatırladaq ki, avqustun 7-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində yarışların təntənəli açılış mərasimi olacaq. Avqustun 16-dək keçiriləcək yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmi televiziya kanalı olan "ISSF TV” vasitəsi ilə canlı yayımlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail