Ülvi Süleymanov: "Bu yalanlar kimə və nə üçün lazımdır, anlamırıq”

05.08.2015 | 5013 dəfə oxunub

Mətbuatda yazılanlara görə “Bakı” klubu gənc futbolçuları Ülvi və Nicat Süleymanov qardaşlarını qovub. Buna səbəb isə onların klub haqda xoşagəlməz sözlər işlətməsi, məşqçilərə cavab qaytarması səbəb göstərilir. Bununla bağlı Stadium.az saytına açıqlamasında Ülvi Süleymanov məsələyə aydınlıq gətirdi:

“Bizi heç kim klubdan qovmayıb. Ən azından elə bir hərəkət etməmişik ki, klubdan qovulaq. Qardaşım Nicatla mən düz 6 yaşımızdan bu komandanın formasını geyinmişik. Bizə də maraqlıdır ki, qardaşımla mən harada və nə vaxt “Bakı” klubu haqda xoşagəlməz nə etmişik, nə danışmışıq? Bizə də çox maraqlıdır. Bunu yazanlar çox ədalətsiz insanlardır. Hansı məşqçiyə nə demişik? Heç bir məşqçi deyə bilməz ki, ya Ülvi, ya da Nicat bizə nəsə deyib! Biz hələ futbolu öyrənməklə məşğuluq. Hələ heç bir məşqçi deyə bilməz ki, Ülvi mənə cavab qaytarıb.

“Bakı” klubunda bütün məşqçilərlə münasibətlərimiz həmişə çox yaxşı olub. Onlar da məni çox istəyirlər.

Bunları yazanlar gərək Allahdan qorxsunlar. Bizi “Bakı”dan qovsaydılar, transfer vərəqələrimizi də verərdilər. Oyunçunurməz. Qardaşım Nicat isə düz bir ay əvvəl AFFA-ya müraciət edib ki, “Bakı”dan sənədlərini alsın. Bizim hgeç birimizin “Bakı”dan qovulmasından söhbət gedə bilməz. “Bakı” bizə həmişə doğma olub, elə olaraq da qalacaq.

Yaşımız çox olmasa da, buna kimi “Bakı” klubu üçün əlimizdən gələnin ən yaxşısın etmişik. Lazım olanda pulnan, yeri gələndə pulsuz oynamışıq. Çimməyə su olmayanda başımızı aşağı salıb danışmayan biz, indi niyə belə hərəkət edək ki? Belə şeylər olmayıb, bunu yazan insanlar vicdanların qarşısına qoyub haqqı düşünsünlər. Bunların hamısı yalan xəbərlərdir. Biz hələ əsas heyət üzvü deyilik, haqqımızda niyə belə söz-söhbətlər çıxardırlar bilmirik. Axı bu yalanlar kimə və nə üçün lazımdır, anlamırıq”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail