“Məni ancaq Xorvatiya ilə oyun düşündürür” – Prosineçki

01.09.2015 | 3523 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya və Maltaya qarşı keçiriləcək oyunlar öncəsi fikirlərini açıqlayıb.


Stadium.Az azerisport.az saytına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis öncə bunları söyləyib:

"Ötən gündən etibarən komandanın bütün üzvləri toplanışda iştirak etməyə başlayıb. Tam heyətlə ilk məşqimiz bu gün baş tutacaq. Zədəli futbolçumuz yoxdur. Bu da sevindirməyə bilməz. Bizi vacib oyunlar gözləyir. Çünki çətin rəqiblərə qarşı mübarizə aparacağıq".

Prosineçki qarşıdakı matçlara oyun təcrübəsi olmayan futbolçuları dəvət etməsinə də aydınlıq gətirib: "Xorvatiyaya qarşı meydana çıxacaq futbolçuların 90 faizini oyun cətrübəsi olanlar təşkil edəcəklər. Bütövlükdə, yığmada hər şey qaydasındadır. Uşaqlar məşqlərdə yaxşı çalışırlar. Bundan razıyam. Yaxşı oyun göstərəcəyimizə inanıram".

O, itkilərdən də söz açıb: "Maksim Medvedevlə Cavid Hüseynovun timsalında itkilərimiz də var. Onlar bizə kömək edə bilməyəcəklər. Amma bu, hələ heyəti açıqlayana qədər də məlum idi".

Prosineçkinin sözlərinə görə, komandası hazırda tam olaraq xorvatlarla oyuna köklənib: "Hazırda yalnız Xorvatiya ilə matçı düşünürük. Ancaq buna görə narahatam. Son oyunlarımızı analiz etmişəm. Səhvlərə yol vermək olmaz. Son iki oyunda yaxşı çıxış etmişik. Xorvatiyaya gəlincə, bu komandanı yaxşı tanıyıram. Komandamın gücünə inanıram".

R.Prosineçki millinin sabiq oyunçusu Vaqif Cavadovun “Qəbələ”yə keçməsi faktını isə şərh etməyib: “Xorvatiya ilə oyun öncəsi Cavadovun başqa bir kluba keçməsi məni düşündürmür”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail