Avroliqadakı rəqiblərimiz kimləri transfer etdi?

02.09.2015 | 3487 dəfə oxunub

Avqustun 31-də Avropada transfer pəncərəsi bağlanıb. Əksər klublar, o cümlədən Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən “Qarabağ” və “Qəbələ” komandalarının qrup mərhələsindəki rəqibləri “Borussiya” (Dortmund, Almaniya) və “Monako” (Fransa) klubları heyətlərinə bir neçə futbolçu daxil edib. Bu komandaların bəzi oyunçuları isə başqa klublara transfer olunub.

 

Stadium.az xəbər verir ki, “Qəbələ”nin rəqibi “Borussiya” “Mançester Yunayted”in 20 yaşlı hücumçusu Adnan Yanuzay ilə müqavilə imzalayıb. Belçika yığmasının üzvü cari mövsümdə icarə əsasında Almaniya klubunda çıxış edəcək.

“Borussiya”nın müdafiəçisi Kevin Qroskroyts Türkiyənin “Qalatasaray”, yarımmüdafiəçisi Yakob Blaşikovski isə İtaliyanın “Fiorentina” komandalarına keçiblər.

“Qarabağ”ın rəqibi olan Fransanın “Monako” komandasının futbolçusu Antoni Martialın “Mançester Yunayted” komandasına keçidi ingilis klubuna 49 milyon avroya başa gəlib. Fransız klubunun tunisli müdafiəçisi Aymen Abdennur isə 25 milyon avro müqabilində “Valensiya”ya keçib.

“Monako” komandası avqustun 28-də heyətini iki futbolçu ilə gücləndirmişdi. “Knyazlıq klubu” “Real”ın üzvü Fabio Koentraonu və “Mançester Siti”nin yarımmüdafiəçisi Roni Lopesi transfer etmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail