Tahir Gözəl: "Yeni transferlər "Qarabağ"a fayda verməlidir"

02.09.2015 | 4134 dəfə oxunub

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl klubun rəsmi saytına müsahibə verib.

Stadium.az xəbər verir ki, T.Gözəl komandasının avrokuboklardakı çıxışı və yeni transferlər haqda danışıb.


- Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə "Qarabağ"ın "Yanq Boyz"u 3:0 hesabı ilə məğlub etdiyi oyunu stadiondan canlı izlədiniz.

- Doğrudan da çox möhtəşəm qələbə idi. Futbol camiəsində olanlar, bir çox məşhur məşqçilər, futbolu bilənlər bizə ismarıc göndərdi ki, müasir Azərbaycan futbolu tarixində oynanılan ən gözəl futbol idi. Möhtəşəm və qürur dolu gecə oldu. Bütün Azərbaycan futboldan həzz ala-ala bir matç izlədi. Hər şey olduqca gözəl idi.

- Tribunalarda boşluqlar gözə çarpırdı.

- Dünyada futbol iki prinsip üzərində qurulub. Futbol sevgisi emosiyanı, eşqini bildirən fanatlıq, digər tərəfi isə puldur. Pul bir klubun qanı kimidir. Təbii ki, tərəfdarlar oyuna gəlib pul verməsə, tribunaları doldurmasa, biz müəyyən səviyyədən yuxarı çıxa bilməyəcəyik. Bir sponsorun dəstəyi ilə müəyyən səviyyəyə qədər yüksələ biləcəyik. Dünya futbolunda sponsor gəliri digər gəlirlərdən – teleyayımdan, marketinqdən, tərəfdarlardan gələn gəlirin bir hissəsidir. Ölkəmizdə isə sponsor demək olar ki, klubun tək gəlir qaynağıdır. Bu əlbəttə "Qarabağ"ın böyüməsini məhdudlaşdırır. Klubun böyüməyini istəyiriksə, gərək hər kəs bu işə qoşulsun. Fanat olmaq, tərəfdar olmaq sadəcə istəməklə olmur, hərəkətə keçmək lazımdır. Güman edirəm ki, biletlə bağlı yürütdüyümüz siyasət düzgündür. İnanıram ki, komandanın möhtəşəm oyununu görüb stadiona can atacaqlar və o boşluqlar dolacaq.

- "Qarabağ" müntəzəm olaraq avrokuboklarda çıxış edir. Fərqli ölkələrdəki qarşılaşmalar Qarabağ reallığının təbliğatı naminə ölkəmizə siyasi, mənəvi dəstəkdi, təbliğatdır. Bu öz yerində. Bəs avrokuboklarda iştirak, fərqli klublarla tanışlıq futbol münasibətləri xaricində nə kimi fayda gətirir?

- Qarşılaşdığımız klubların tarixindən, təcrübəsindən çox şey öyrənirik. Aramızdakı ünsiyyət zamanı fərqli mövzuları müzakirə edirik. Avropada klub rəhbərləri nüfuzlu şəxslərdir. Onlarla söhbətlərimizdə Qarabağla bağlı həqiqətləri, məcburi köçkünlərlə bağlı lazımi dərəcədə informasiya veririk. Bundan əlavə biz onlarla hansısa layihələr qurmağı planlaşdırırıq. Məsələn, "Yanq Boyz"un sahibi cənab Reys eşitmə problemi olan insanlar üçün cihaz istehsalıyla dünyada məşhurlaşıb. Sərvətini bununla qazanıb. Mənimlə söhbətdə bunu vurğulayarkən Azərbaycanda eşitmə əngəlli çoxlu uşağımızın olduğunu bildirdim. Ona dedim ki, əgər xeyirxahlıq etmək istəyirsinizsə və əminəm ki, xeyriyyə tədbirlərində mütləq iştirak edirsiz. Bizlə, "Azersun Holding"lə birlikdə işləsək, "bu layihə çərçivəsində bir çox ehtiyacı olanları pulsuz bu cihazla təmin edə bilərikmi?" deyə soruşdum. O da məmnuniyyətlə bu layihəyə qoşulmaq istədiyini, Azərbaycanda bu məsələdə peşəkar təhcizatın olmadığını ancaq belə tələbat olarsa, birgə işləməkdə maraqlı olduğunu və böyük məmnuniyyətlə yardım edə biləcəyini bildirdi. Bu tipli görüşlərin siyasi, ictimai, dostluq münasibətləri baxımından çox önəmlidir. Sizə sadəcə, bir nümunə dedim.

- Transferlərlə bağlı nə deyə bilərsiz? İctimayyəti ən çox "Qarabağ"ın transfer gündəmi məşğul edib.

- Biz həmişə demişik. Qurban müəllimdən tələb gəldiyi zaman maddi imkanlarımız daxilində maksimum şəkildə ən yaxşısını etməyə çalışacağıq. Çox sağ olsun prezidentimiz cənab İlham Əliyev ötən il "Qarabağ"ın çıxışını yüksək qiymətləndirərək büdcədən kluba 1 milyon pul ayırdı. Bunlar hamısı "Qarabağ"da qalır. Bizim üçün müqəddəs əmanətlərdi. Heç kim ona toxunmur. Onlar bizim büdcəmizdə qalıb. Bu gün mərkəzi arenanın qazonun təmirindən tutmuş, yeni futbolçu alımına qədər bu bizə dəstək verir. Baş məşqçi Qurban Qurbanovun bir neçə futbolçu istəyi oldu. O futbolçuların "Qarabağ"a böyük köməyi olacağını düşünürəm. Mənim fikrim odur ki, gələn futbolçu mütləq "Qarabağ"ın səviyyəsini qaldırmalıdır. Eyni səviyyədə olsa, əhəmiyyəti yoxdu. İmkanlarımız məhduddur. Xərclədiyimiz hər bir pulun faydası olmalıdır. Gələn hər bir futbolçu Azərbaycan futboluna, "Qarabağ"a fayda verməlidir. Qurban Qurbanov çox yaxşı futbolçular seçib. Biz də rəhbərlik olaraq hər zamankı kimi baş məşqçimiz arxasındayıq, ona inanırıq.

- Qarşıda çətin mövsüm başlayır. Nə gözləyirsiz?

- Məqsədimiz 1-2 transferlə digər klublara çox çətin rəqib olmaqdır. "Monako"nun rəsmisi də bunu vurğulayıb ki, "Qarabağ" zəif rəqib deyil. Onlara qarşı çətin olacaq. Bir daha onu demək istəyirəm ki, rəhbərlik olaraq klubumuzun, Qurban Qurbanovun arxasında möhkəm dayanmışıq. Biz əlimizdən gələn gücü, maksimum dəstəyi verməyə çalışırıq. Mən həmişə demişəm ki, həyatda əlindən gələnin maksimumunu etməyə çalış, qalanı da bəxtin, həyatın, Allahın təqdirinə burax. Hesab edirəm ki, Azərbaycan güclü, imanlı və inamlı komanda görəcək. Nəticədən asılı olmayaraq bütün ölkə "Qarabağ"la qürur duyacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail