İlk Olimpiya mükafatçımızın xatirə turnirinə seçmə yarışlar başlayır

02.10.2015 | 3134 dəfə oxunub

Oktyabrın 26-dan 28-dək Helsinki Olimpiya oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş güləş üzrə növbəti açıq respublika turniri keçiriləcək.

Stadium.az xəbər verir ki, oktyabrın 3-də turnirdə iştirak üçün sərbəst və yunan-Roma güləşi üzrə seçim xarakterli zona yarışlarına start verilir. Yarışlar, eyni zamanda, 2016-cı ildə keçiriləcək yeniyetmələrin Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında təşkil olunan yarışların ilk mərhələsi Azərbaycan Güləş Federasiyasının nümayəndəlikləri tərəfindən keçiriləcək. Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarışlarda güləşçilər on çəki dərəcəsində (42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq) mübarizə aparacaqlar.

Nümayəndəliklər üzrə seçmə yarışlar oktyabrın 3-4-də Şəkidə, oktyabrın 4-də Qobustanda təşkil ediləcək. Bakıda isə oktyabrın 3-4-də sərbəst güləş, 5-6-da yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Yarışlar, həmçinin oktyabrın 9-10-da Salyanda, 10-11-də Sumqayıt və Şəmkirdə olacaq.

Seçmə mərhələdə qalib gəlmiş güləşçilər ayrılmış saya uyğun olaraq açıq respublika turnirində iştirak hüququ qazanacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail