"Qarabağ"ın oyununa hazırlıq necə gedir? 12-ci oyunçular danışdı

25.11.2015 | 3814 dəfə oxunub

Məlum olduğu kimi, "Qarabağ" sabah "Totenhem"lə ağır oyuna çıxacaq. "Qarabağ"ın evdə son oyunu olduğu kimi, növbəti mərhələ üçün də son şans ola bilər. Sabah "Qarabağ"meydanda aparacağı mübarizə ilə bərabər, həm də tribunaların gücünə arxalanacaq. Məlumdur ki, tribunalarda 30 min azarkeş olsa belə, yenə də əsas yük azarkeş qruplarının çiyninə düşür. Bunu nəzərə alaraq, azarkeş qruplarının sabahkı oyuna hazırlıqları və oyunla bağlı fikirlərini öyrəndik.


Aqil Məmmədov ("Qisas azarkeş qrupu"nun rəhbəri): "Hər zamankı kimi, yaxşı hazırlıq gedir. Rəqibin "Totenhem" olması və Bakıya ingilis fanatlarının gəlməsi, azarkeş qrupumuzun məsuliyyətini, birə-beş artırır.H amıya məlumdur ki, 35 minlik stadionumuzu, azarkeş qruplarının fəallığı nəticəsində ayağa qaldırırıq. Azarkeş qrupları olmasa, stadion susur. Bunu nəzərə alaraq tək özümüzün fəal olmağı ilə bərabər,əsas çalışırıq ki, stadiona toplaşan 30-35 min azarkeşi də komandamızı dəstəkləməyə yaxşı mənada məcbur edək".


Elnur Quluyev ("İmarət azarkeş qrupu"nun idarə heyəti): "Oyuna hazırlıq,hər zamankı kimi gedir. "İmarət" olan sektora biletlərimiz,bizə ayrılan kassada satılır. Onu da deyim ki, fəal olacaq hər bir azarkeş bizə qoşula bilər. Fəal azarkeşləri, "İmarət" tribunasına bilet almağa səsləyirəm. Oyuna gəldikdə isə,çox ağır oyun olacaq. Bu oyunda, azarkeşlərə də böyük yük düşür. Maksimum güclə komandaya kömək etməlidirlər. Hər kəs,bu oyun azarkeş yox fanat olmalıdır".


Ramiz Bayramov ("1951 azarkeş qrupu"nun rəhbəri):  "Qarabağın evdə oynayacağı sonuncu oyununa,"1951 Fan klubu" olaraq canla-başla hazırlaşırıq. Hər zaman olduğu kimi, ürəkdən sevimli klubumuza dəstək vermək üçün,həyəcanla oyunun başlama saatını gözləyirik. Inanıram ki,"Qarabağ"ımız bizi sevindirəcək. Bu oyunda yenilik edəcəyik. Fan klub olaraq özümüzə məxsus hər dəfəki kimi,yeniliyimiz olacaq. İnşəAllah. Oyuna gəlincə isə,Qurban müəllim və onun igidlərinə inamım sonsuzdur. Inanıram ki, qələbə qazanıb bütün Qarabağ sevənləri sevindirəcəyik".


Səddam Orucov ("Qarabağsız Gənclər azarkeş qrupu"nun rəhbəri): "Dəstəyimiz bacardığımızdan daha artıq olacaq. "Qarabağ"dan gözləntimiz məlumdur. Sabah istəyimizin olacagina inanırıq. Əminik ki, meydanda məğlub bir komanda olacaq. Onu da "Qarabağ" məğlub edəcək".

Xanoğlan İMANOV, Stadium.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail