“Qızıl Qran-pri”nin iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər

27.11.2015 | 2702 dəfə oxunub

Güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinin iştirakçıları noyabrın 27-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Stadium.az xəbər verir ki, Dünya Güləş Birliyinin, Beynəlxalq Güləş Federasiyasının nümayəndələri, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri və idmançılar Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, müasir müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına, gənc nəslin sağlam və vətənpərvərlik ruhunda böyüməsinə daim böyük diqqət və qayğı göstərən Ulu Öndərin xatirəsini ehtiramla anıb, abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Turnir iştirakçıları abidə önündə xatirə şəkli çəkdiriblər.

Noyabrın 29-dək keçiriləcək beynəlxalq turnirin final mərhələsində 41 ölkədən 450-yə yaxın pəhləvan mübarizə aparır.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu yarış Beynəlxalq Güləş Federasiyasının təqvim planında olan ən mühüm yarışlardan biridir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail