“Qarabağ”la oyunda bu bizə çox kömək olacaq”

29.11.2015 | 2910 dəfə oxunub

"Neftçi” Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində qarşılaşacağı "Qarabağ” klubu ilə oyunun hazırlığını başa vurub.

Stadium.az xəbər verir ki, "Bakcell Arena”dakı məşqdən sonra futbolçular – Rəhman Hacıyev və Rahil Məmmədov Neftçi TV-yə açıqlama veriblər.

Rəhman Hacıyev: "Oyuna ciddi hazırlaşırıq. Komanda yoldaşlarıma, rəhbərliyə, məşqçilərə güvənirəm. İnşallah, meydana çıxıb 3 xalı qazanacağıq. Azarkeşlərə demək istəyirəm, gəlib yenə bizə dəstək olsunlar. Düzdür, hazırkı vəziyyətimiz o qədər də pis deyil. Amma hamımız bir olub bu vəziyyətdən çıxmalıyıq”.

Rahil Məmmədov: "Hər bir oyuna hazırlaşdığımız kimi, "Qarabağ”la görüşə də ciddi hazırlaşırıq. Bizi çox çətin oyun gözləyir. Rəqib avrokuboklarda iştirak etdiyindən yaxşı vəziyyətdədir. Bununla belə, biz qələbəyə köklənmişik. "Xəzər Lənkəran” üzərində qələbə komandaya psixoloji cəhətdən çox kömək oldu. Komandada atmosfer əladır. Məncə, "Qarabağ”la oyunda bu bizə çox kömək olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail