Boksçularımız Avropa çempionatını üç medalla başa vurdu

29.11.2015 | 2385 dəfə oxunub

Polşanın Kolobjek şəhərində keçirilən boks üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan idmançıları 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Stadium.az xəbər verir ki, Azərbaycan boksçusu Ruslan Rüstəmov (49 kq) yarımfinala qədər uğurla irəliləyib. Bu mərhələdə boksçumuzun rəqibi erməni idmançısı Alen Danielyan olub. Rüstəmov rəqibini məğlub edərək Avropa çempionatının finalına yüksəlib. Finalda güclü rəqiblər - irlandiyalı Stefan Makkenna ilə qarşılaşan R.Rüstəmov qalib gələrək Avropa çempionu adını qazanıb.

Elməddin İsmayılov (60 kq) isə yarımfinalda almaniyalı boksçu Denis Qaşi ilə qarşılaşıb. Gərgin keçən görüş Almaniya idmançısının qələbəsi ilə yekunlaşıb. Bununla da E.İsmayılov Avropa çempionatını bürünc medalla başa vurub.

Digər təmsilçimiz İsmayıl Hüseynov (69 kq) yarımfinala qədər bütün rəqiblərini məğlub edərək həlledici mərhələyə yüksəlib. Finalda boksçumuz polşalı idmançı Sebastian Viktorzakla üz-üzə gəlib. Görüş İ.Hüseynovun qələbəsi ilə yekunlaşıb və o, finala adlayıb. Qızıl medal uğrunda görüşdə boksçumuz irlandiyalı Maykl Nevinle qarşılaşmalı olsa da, idmançımız zədə səbəbindən görüşə çıxa bilməyib.

Beləliklə, Azərbaycan komandası Avropa çempionatını 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail