"Qarabağ" "Anderlext"ə qalib gəlmək üçün xarakter göstərməlidir"

29.11.2015 | 3338 dəfə oxunub

"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi sualları cavablandırıb.


- "Neftçi" son turda yeni baş məşqçisi Əsgər Abdullayevlə "Xəzər Lənkəran"a qalib gəlibsə, siz Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərə "Tottenhem"inə uduzmusunuz. Bu, sizə problem yarada bilər?
- Razıyam ki, rəqibin düşərgəsində atmosfer daha yaxşıdır. "Neftçi"nin futbolçularının açıqlamalarını da oxumuşam. Bilirik ki, onlar ancaq qələbə barədə düşünürlər. "Neftçi" ilə oyunlarımız həmişə maraqlı olub. Bu komanda hücum etməyi bacarır. Ona görə biz də bu görüşə ciddi hazırlaşmışıq. Qələbə qazanmaq istəyirik.

- "Qarabağ" Premyer Liqada itkisiz irəliləyir və demək olar ki, rəqib tanımır...
- Mən belə deməzdim. Fikrimcə, daha çətin oyunlarımız qarşıdadır. Biz heç qış fasiləsinə də çatmamışıq. Ona görə də irəlidə çox şey dəyişə bilər. Bizə hər bir oyuna ciddi hazırlaşmaq və üç xal qazanmaq lazımdır.

- "Tottenhem"ə məğlubiyyət Avroliqanın pley-offuna çıxmaq şansınızı pisləşdirdi...
- Biz qrupun liderinə, İngiltərə Premyer Liqasının ən yaxşı komandalarından birinə qarşı oynayırdıq. Pis oynamadıq. Sadəcə, qol vura bilmədik. Baxmayaraq ki, yaxşı qol vəziyyətlərimiz də oldu. Bəxtimiz gətirmədi.

- Razısınız ki, "Qarabağ" bu oyunda bir qədər zəif çıxış etdi?
- Sizinlə razı deyiləm. Biz əks-hücum taktikası seçmişdik. Xeyli təhlükəli qol vəziyyətimiz də oldu. Amma qol vura bilmədik.

- Onda belə çıxır ki, "Qarabağ" rəqibin imkan verdiyi qədər oynaya bildi?
- Biz bu komandaya qarşı sonadək döyüşdük. "Tottenhem" Bakıya güclü heyətlə gəlmişdi və bizimlə görüşə ciddi hazırlaşmışdılar.

- Rəqibin adından qorxmurdunuz?
- Xeyr, biz addan qorxmuruq. Avropanın titullu, güclü klublarına qarşı az oynamamışıq. Ola bilər ki, hansısa epizodlarda səhvlərimiz oldu. Futbolda bu, normaldır.

- Son turda sizi Belçika "Anderlext"i ilə oyun gözləyir. Bu rəqibə səfərdə qalib gələ biləcəksiniz?
- Bizim qələbə qazanmaq şansımız var. Amma rəqib çox güclüdür. Onlar hətta "Tottenhem"ə də qalib gəliblər. Üstəlik, "Anderlext" evdə oynayacaq. Bu üzdən bizə çətin olacaq. Biz qələbə qazanmaq üçün xarakter nümayiş etdirməliyik.

- Brüsseldəki qələbə "Qarabağ"ı pley-offa çıxarmayacaq. Bunun üçün "Tottenhem"in "Monako"ya qalib gəlməsi də lazımdır...
- Biz fransızlarla ingilislərin oyununu yox, öz oyunumuzda qələbə qazanmağı düşünməliyik. Belçikada qələbə qazanmaq istəyirik. İnanıram ki, belə də olacaq. azerisport



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail