Azad Rəhimov: "Yarışlara xərclənən büdcə elan olunacaq, gizli heç nə qalmayacaq"

02.02.2016 | 2517 dəfə oxunub

"Formula 1" yarışlarına hazırlıq işləri qaydasında gedir, heç bir problem yoxdur. Çalışırıq ki, Bakı sakinlərinə heç bir problem yaranmasın. Baxmayaraq ki, 6 kilometrlik məsafədə yollar dəyişir, amma işlər çox səliqləli şəkildə aparılır, tıxaclar yaranmır".
 
Stadium.Az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
 
Nazir bildirib ki, "Formula 1" yarışları ilə bağlı pitstop binası artıq sifariş olunub, 300 metr uzunluğu, 21 metr eni, iki mərtəbəli bina tam hazır şəkildə gətirilərək Azadlıq meydanında qurulacaq.
 
A. Rəhimov bəzi mətbuat orqanlarında "Formula 1" yarışına Azərbaycanın 150 milyon dollar xərcləyəcəyi barədə fikirlərə də münasibət bildirib:
 
"Bütün büdcəni əvvəldən axıra kimi saymaq çox ağır işdir. Bu gün tam əminliklə deyirəm ki, 6 kilometrlik yollar 12 milyona başa gəlir. Pitstop binasının qiyməti təxminən 30 milyona yaxındır. İş gedir və yarışlara xərclənən büdcə elan olunacaq, gizli heç nə qalmayacaq. Büdcə 150 milyon dollar ola bilməz, rəqəm bundan çox aşağıdır". APA



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail