"Bild"dən Pep Quardiolaya 5 cavabsız sual

04.02.2016 | 2768 dəfə oxunub

Almaniyanın “Bild” qəzeti “Bavariya”nın baş məşqçisi Pepe Quardiolaya 5 sual ünvanlayıb. Stadium.Az xəbər verir ki, alman həmkarlarımız 5 sualı Pepepin qardaşı Perə və meneceri Manel Estiarteyə çatdırıblar ki, onlar vasitəsiylə ispan mütəxəssisdən cavab alsınlar. Ancaq Pep onlara cavab verməyib. Suallar isə bunlardır.

1. Sizin “Bavariya” ilə yaya qədər müqaviləniz var. İndi “Bavariya”nın 3 kubok hədəfi var. Digət tərəfdən isə “Mançester Siti”nin heyətini müəyyənləşdirəcəksiz. Bazar ertəsi qardaşınız və menecerinizlə görüşmək üçün Londona getmişdiz. Qarşıdakı 4 ayda “Mançester Siti”yə nə qədər zaman ayıracaqsız və ya “Bavariya” üçün 100 faiz əlinizdən gələni edə biləcəksizmi?

2.  Kevin De Bruyne ötən il “Volfsburq”dan “Mançester Siti”yə 74 milyon avroya transfer olundu. Onun meneceri Patrik De Koster “Bavariya” ilə iki dəfə danışıb razılaşmışdıq, ancaq bonservis məsələsində klubuyla razılıq əldə edilmədi” demişdi. De Bruyne çox çalışmaq istədiyi Pep Quardiola ilə başqa komandada görüşəcəyi əvvəlcədən planlanmışdımı?

3. İngiltərə mətbuatı yazır ki, “Mançester Siti”nin transfer siyahısında Levandovski və Alaba var. Siz onlarıda özünüzlə aparacaqsızmı?

4. 25 milyon avroyla İngiltərənin ən çox qazanan məşqçisi olacaqsız. Yurgen Kloppdan 3 dəfə daha yaxşı olduğunuza və arada bu qədər fərq olduquna inanırsızmı?

5. 3 il “Bavariya”, 3 il “Mançester Siti”, bəs sonra? 2020-ci ildə “Mançester Siti” ilə müqaviləniz bitdikdən sonra Qətər millisinin başına keçib bu komandanı 2022-ci il Dünya çempionatına hazırlayacağınız doğrumu?



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail