Yozef Blatterdən qalmaqallı açıqlamalar

21.04.2016 | 3036 dəfə oxunub

İsveçrə xarici işlər nazirinin Burundi prezidenti Pyer Nkurunzizanın vəzifədən kənarlaşdırılması üçün Beynəlxalq Futbol Federasiyasının (FİFA) sabiq prezidenti Yozef Blatterdən kömək istəməsi üzə çıxıb.

Stadium.Az xəbər verir ki, bu barədə keçmiş FİFA rəhbəri İsveçrədə alman dilində nəşr olunan “Futbol missiya və ehtiras kimi” kitabında yazıb.
 
Y. Blatter 2015-ci ilin mayında İsveçrənin xarici işlər naziri İv Rosyenin Burundi prezidentinin böyük siyasətdən getməsi üçün ona FİFA-da diplomatik vəzifə verilməsinin mümkünlüyü ilə bağlı maraqlandığını bildirib. Y. Blatterə Beynəlxalq Olimpiya Komitəsinin üzvü Lidiya Nsekera vasitəsi ilə müraciət edildiyini güman olunur. Sabiq FİFA prezidenti iddia edir ki, İsveçrə Xarici İşlər Nazirliyi bu məsələdə ABŞ-ın xahişi ilə hərəkət edib.
 
İsveçrə XİN-in nümayəndəsi Y. Blatterə müraciət edildiyini təsdiqləsə də, səbəbini açıqlamayıb.
 
P. Nkurunziza 2005-ci ildə 10 illik vətəndaş müharibəsindən sonra Burundidə keçirilən prezident seçkilərində qalib gəlib. İki dəfə prezident seçildikdən sonra o, 2015-ci ildə yenidən bu post yiyələnmək istəyini ifadə edib. Burundi prezidentinin bu qərarı dünya ictimaiyyətinin narahatlığına səbəb olsa da, o, 2015-ci ilin noyabrında üçüncü müddətə prezident seçilib.

Y. Blatter ötən ilin oktyabrında vəzifəsindən uzaqlaşdırılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail