"Qəbələ" Lənkərana 3 aparıcı futbolçusu olmadan gedir

21.04.2016 | 3051 dəfə oxunub

"Qəbələ" Premyer Liqanın 31-ci turunda aprelin 23-də görüşəcəyi "Xəzər Lənkəran"la oyuna hazırlıq öncəsi doğma məkanı tərk edib. 

Stadium.Az xəbər evrir ki, Roman Qriqorçukun futbolçuları bu gün Bakıya gəlib. Sabah isə komanda Lənkərana üz tutacaq. Autsayderlə səfər matçına son hazırlıq məhz orada olacaq.   "Qırmızı-qaralar" səfərə itkilərlə yollanıb. Belə ki, birdən-birə 3 mərkəz müdafiəçisi - Ruslan Abışov, Rafael Santos və Vojislav Stankoviç "Xəzər Lənkəran"a qarşı oynamayacaq. Ruslanla Rafael zədə, Vojislav cəza səbəbindən kənarda qalıblar. Onların hər 3-ü, habelə, zədəsini müalicə etdirən hücumçu Ermin Zets də Qəbələdə qalıb. 

Qriqorçuk müdafiənin mərkəzində boşluğu aradan qaldırmaq üçün əvəzedicilərin kapitanı Murad Musayevi heyətə cəlb edib və onun qarşıdakı matçda əsas heyətdə meydana çıxacağı gözlənilir.    

"Qəbələ"nin gənc yarımümdafiəçisi Elvin Camalov da cəzalı olduğundan Lənkəranda meydana çıxa bilməyəcək. Ancaq o, komandanın düşərgəsindədir və məşqlərdə iştirak edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail