Tahir Gözəl: "Qarabağ" super oynamır" - MÜSAHİBƏ

28.04.2016 | 4241 dəfə oxunub

“Qarabağ” klubunun prezidenti Tahir Gözəl komandasının Azərbaycan kubokunun yarımfinalında “İnter”ə 4:0 hesabı ilə qalib gəldiyi oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- "Qarabağ" "İnter"ә qalib gәldi. Hesab böyükdür. Amma biz daha yaxşı komanda istәyirik. Qurban Qurbanovla bu barədə danışacam. "Qarabağ" kifayәt qәdәr yaxşı oynayır.  Ancaq  daha yaxşısını istәyirik. Avropada hәdәflәrimiz böyükdür. Bu komanda super oynamır. Biz super "Qarabağ" istәyirik. Migel Madera geydiyi formanın haqqını verir. Reynaldo da getdikcə daha yaxşı çıxış edir.

- "Qarabağ"ın super oynamamasının sәbәbi çempionatın sәviyyәsinin aşağı düşmәsidir?

- Bәlkә dә. Rәqibin heyәtindә yaxşı futbolçular var. Onlar gәncdirlәr vә sürәtlidirlәr. Bizim komandamız tәcrübәlidir.

- Komandanın istədiyiniz kimi oynamamasının sәbәbini Qurban Qurbanovdan soruşmusunuz?

- Onun öz fikirlәri var. Bunu da onun özündәn soruşmaq lazımdır. Fikrimcә, komandanın Avstriyadakı tәlim-mәşq toplanışının müddәtini artırmaq lazımdır. Bu, bizә kömәk edәcәk. 

- Yeni transferlәrә ehtiyac var?

- Bunu Qurban Qurbanovun ixtiyarına buraxmışıq. Mәsәlәn, Migel Maderanı gәtirib vә o da ağac kimi meyvә verir. Gözәl oyun göstәrir. 

- Konkret olaraq  Çempionlar Liqasının qrupuna düşmәk istәyirsiz?

- Әlbәttә. Komandanın sabit büdcәsi var. Yәni bunun çәrçivәsindә işlәr görәcәyik. Son zamanlar cәbhәdә vәziyyәt gәrgindir. Biz bu il Avropada yaxşı çıxış etmәliyik. İstәyirәm ki, biz Çempionlar Liqasında oynayaq vә bundan sonra torpaqlarımız da qaytarılsın. Biz fәxr edәk vә çox sevinәk.

- Düşünmürsünüz ki, "Qarabağ"ın adına görә dövlәt sizә maddi baxımdan kömәk edә bilәr vә komandaya daha yaxşı futbolçular gәtirә bilәrsiz?

- İndiki vәziyyәtdә bizim büdcә artırmağımız mümkün deyil. Özünüz vәziyyәti bilirsiniz. Amma dövlәt bizә yardım edәcәksә, bunu mәmnuniyyәtlә qәbul edәrik. Amma o da tez bir zamanda olmalıdır. Çünki vaxtımız azdır. Әgәr elә olsa, biz dә prezidentimiz İham Әliyevә minnәtdar olarıq vә bu futbolçulara, komandaya böyük dәstәk olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail